Sizin reklam burada

İlk böyükhesablı qələbə “Sabah”dan gəldi

Baxış Sayı:130


8. Sabah (Bakı) – Qəbələ 3:0 (2:0)
1. Saşa Stamenkoviç (k) – 5,5
14. Slavik Alxasov – 4,5
5. Nikola Vuyadinoviç – 6,0
4. Bəhlul Mustafazadə - 5,5
2. Amin Seydiyev – 5,5
7. Coşqun Diniyev – 5,5
(17. Məhəmməd Mirzəbəyov, 81) – qiymətsiz
30. Mario Marina – 5,5
19. Təmkin Xəlilzadə - 5,0
(11. Ozan Can Kökcü, 55) – 5,5
10. Yevgeni Koçuk – 5,5
90. Ramil Şeydayev – 5,5
(23. Amadu Diallo, 73) – 4,5
18. Xulio Sezar Rodriges – 5,0
Ehtiyat oyunçular
94. Nicat Mehbalıyev
15. Ruslan Abışov
13. Filip İvanoviç
28. Kevin Kubemba
60. Abbas Ağazadə
29. Ceyhun Nuriyev
77. Veysəl Rzayev
Baş məşqçi: Visente Qomes
Komandanın ən yaxşısı: Nikola Vuyadinoviç
1. Anar Nəzirov (k) – 4,5
8. Qismət Alıyev – 4,5
13. Yurgen Qoxa – 4,0
2. Vinko Medimoreç – 4,0
55. İdris İnqilablı – 5,5
11. Asif Məmmədov – 4,5
(14. Cavid Hüseynov, 77) – qiymətsiz
77. Merab Qiqauri – 4,5
32. Nikolas Raysel – 4,5
70. Ülvi İsgəndərov – 4,0
(9. Ehtiram Şahverdiyev, 70) – 4,0
10. Rövlan Muradov – 5,0
22. Rodriqo Qattas – 4,5
(26. Stefan Vukçeviç, 46) – 4,5
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
5. Rasim Ramaldanov
74. Yusif Nəbiyev
28. Murad Musayev
4. Sadiq Quliyev
7. Roman Hüseynov
17. Yaovi Akakpo
19. Samir Qurbanov
71. Rüfət Əhmədov
Baş məşqçi: Elmar Baxşıyev
Komandanın ən yaxşısı: İdris İnqilablı
Qollar: C.Diniyev, 17 (1:0). B.Mustafazadə, 28 (2:0, T.Xəlilzadə). R.Şeydayev, 64 (3:0).
Vərəqələr: A.Məmmədov, 4 (qeyri-idman hərəkəti). M.Marina, 38 (qeyri-idman hərəkəti). R.Muradov, 45+2 (qeyri-idman hərəkəti). S.Alxasov, 49 (qeyri-idman hərəkəti). Q.Alıyev, 62 (qeyri-idman hərəkəti). V.Medimoreç, 70 (qeyri-idman hərəkəti). Y.Qoxa, 85 (qeyri-idman hərəkəti) – sarı. S.Alxasov, 77 (ikinci sarı) – qırmızı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmrəli, Tural Qurbanov (hamısı Bakı).
Hakim-inspektor: Fariz Yusifov (Bakı).
AFFA nümayəndəsi: Rüfət Əmirov (Bakı).
13 sentyabr. Masazır. Bank Respublika Arena. Tamaşaçısız
Birinci hissəyə 2, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
İlk turda “Qarabağ”a yenilən “Sabah”ın oyuna daha aqressiv başlayacağı gözlənilsə də, “Qəbələ”nin meydanda “birinci skripka” rolunda çıxış etməsi bir qədər gözlənilməz oldu. “Qırmızı-qaralar” oyunun əvvəlində topa nəzarət edir, daha sürətli hücumlar qurur, xoşbəxtliyi rəqib qapısı önündə axtrırdı. Asiflə Qismətin fəallığı sayəsində Baxşıyevin yetirmələri “tələbələr”in müdafiəçilərinə rahat nəfəs almağa imkan vermirdi. 14-cü dəqiqədə bölgə təmsilçisinin çoxgedişli hücumu az qala qolla nəticələnəcəkdi. Ancaq Rayselin cərimə meydançasında zəif və hiyləgər zərbəsi dirəyin yanından keçdi. Meydan sahiblərinin həmlələri isə o qədər də effektli alınmırdı. Yeri gəlmişkən, ispan mütəxəssis bu dəfə Şeydayevi vinger mövqeyndə, Rodrigesi isə hücumun sivri ucunda oynatmağı lazım bilmişdi. 17-ci dəqiqədə oyunun axarına uyğun olmayan qol vuruldu. “Sabah” rəqibini Təmkinlə əks-hücumda yaxaladı. Xəlilzadə təxminən 40 metr sürətlə irəliləyib qapını nişan alsa da, ilk cəhddə top müdafiəçiyə dəyərək geri qyıtdı. İkinci dəfə isə Medimoreç “sürüşmə” fəndi ilə topu uzaqlaşdırmağı bacarsa da, “mərmi” Diniyevin ayağına düşdü. Və o təxminən 25 metrdən “çərçivə”ni dəqiq nişan aldı. Bəlkə də top Nəzirovun qarşısında yerə dəyməsəydi, qolkiper zərbəni dəf edə bilərdi. Qol qonaqları ruhdan salmadı və bölgə təmsilçisi yenə irəli atılır, rəqib qapısına zərbələr endirirdi. Ancaq 28-ci dəqiqədə yenə fərqlənən “tələbələr” oldu. Bu dəfə korner vuruşundan sonra qapıçı meydançasında yaranan qarışıqlıqda top Bəhlulun ayağına dəyərək qapı xəttini keçdi. İkinci qol qonaqları bir qədər “sındırdı”. “Qırmızı-qaralar” ilk yarının qalan dəqiqələrində o qədər də inamlı təsir bağışlamadı. Fasilədən sonra meydanda daha açıq futbol getdi. Qonaqlar yenə ilk dəqiqələrdən təşəbbüsə yiyələnib “Sabah”ı təzyiq altında saxlayırdı. 47 və 49-cu dəqəqələrdə “Qəbələ”nin futbolçuları künc zərbəsindən sonra qola yaxın olsalar da, ilk cəhddə Qiqaurinin, iki dəqiqə sonra isə Medimoreçin başla zərbəsini Stamenkoviç zərərsizləşdirməyi bacardı. Meydan sahiblərinin 3-cü qolu da gözlənilməz oldu. Daha doğrusu, Asif topu geriyə, qapıçısına ötürmək istəyərkən Şeydayev pusquda dayanmış canavar kimi bir andaca sürət yığıb topu ələ keçirdi və qapıçıdan da sıyrılaraq toru silkələdi. Oyunun qalan dəqiqələrində hər iki komandanın fərqlənmək imkanları olsa da, tablodakı hesab dəyişmədi və “Sabah” yeni mövsümdə ilk qələbəsini qazandı.
RƏŞAD

Reaksiyalar
Elmar Baxşıyev: “Hər hissədə fərqli oyun nümayiş etdirdik. İlk yarıda komanda istədiyimiz futbolu bizə vermədi. Fasilədən sonra istədiyim "Qəbələ" meydanda idi. Bilirəm, çatışmazlıqlarımız var, ancaq zamana da ehtiyacımız var. Getdikcə yaxşı komanda görəcəyik. Kollektivə yeni qoşulan futbolçular var ki, indi onlardan daha artığını tələb edə bilmərik. Vaxt ötdükcə daha yaxşı olacağıq. Bu gün iştirak ərizəsində yer alan 23 oyunçunun hamısına ehtiyacımız var. Cavid də onlardan biridi. Onun durumu bu gün bu qədər oynamağa imkan verirdi. Yeni komanda formalaşdırdığımızdan xətlərarası əlaqə istədiyimiz səviyyədə deyil. İkinci hissədə meydanda daha yaxşı idik. İstəmirəm ki, komandam müdafiədə otursun. Həmişə hücum futbolunun tərəfdarı olmuşam. Hücumçuya ehtiyacımız var. Yeni transferimiz Alemao bəlkə də bu çempionatın tapıntısı olacaq. Amma Bakıya dünən gəlib və komandaya uyğunlaşması üçün vaxt lazımdı. Əvvəlcə istədiyimiz komandanı formalaşdırmalıyıq. Ondan sonra hədəflər haqda düşünə bilərik. İstədiyimizi edə bilsək, iddiamız da böyüyə bilər. Mən komandama cavabdehəm. Düşünürəm ki, ötən illə müqayisədə "Qəbələ" güclənib və komandamın daha da yaxşı olacağına inanıram. Əlimizdə olan futbolçulardan maksimum istifadə etməyə çalışırıq. Futbol səhvlərlə dolu bir oyundu. Kimisə qıraqdan tənqid etmək asandı. Anar bizim əsas qolkiperimizdi və ona sona kimi inanacam”.
Visente Qomes: “İki fərqli hissə izlədik. İlk yarıda daha yaxşı oynayan biz idik. İkinci yarıya bir az pis başladıq. Slavikin qırmızı vərəqəsindən sonra geri çəkilməyə məcbur olduq. Belə oyunlar olacaq. Narahatlıq hissi yoxdu, çalışacağıq ki, rəqiblərimizin boşluqlarından istifadə edə bilək.Ramil Şeydayev bu gün daha çox cinahda oynayırdı, arada ortaya da girirdi. Ümumilikdə onun da, Rodigesin də oyunundan razı qaldım. Azərbaycan premyer-liqası heç də asan çempionat deyil. “Qarabağ”ın, “Neftçi”nin oyunları göstərdi ki, bütün rəqiblər təhlükəlidi. Qarşıda bizi gərgin oyunlar gözləyir. Mənim üçün nəticəylə yanaşı, həm də meydanda sərgilənən oyundu. Bu qarşılaşmanın icmalına baxıb, təhlillər edəcəm. İstəyirəm ki, komandam daha da yaxşı olsun. Futbolçularım əllərindən gələni etdilər. Biz həmişə çalışırıq ki, top saxlayan tərəf olaq. Amma bəzən rəqiblər buna imkan vermir. Çempionat uzun marafondu. İndiki gördüyümüz komandalar bir ay sonra fərqli oyun sərgiləyə bilər. Öz oyun üslubumuzu yaratmaq istəyirik. Bu olduqdan sonra inanırıq ki, Avroliqaya vəsiqə verən yerlərdən birini tutacağıq. Şeydayevin yığmada daha həvəslə çıxış edib, klubda həvəssiz oynaması fikri ilə razı deyiləm. Bu üzdən sualınıza cavab verməyəcəm. Matç başa çatandan sonra İdris İnqilablını yaxşı oyuna görə təbrik etdim. Dedim ki, belə oynamağa davam et, gözümüz üzərindədi. Slavik meydandan qovulandan sonra komanda üçün daha çətin oldu. Düşünürəm ki, belə emosional olmağım komandama kömək edir. Qələbə çox önəmlidi, hesabın elə də əhəmiyyəti yoxdu”.

Gözdən qaçmadı
* İlk yarıda Zeynal Zeynalovun yanlış aut qərarı Qismət Alıyevi özündən çıxardı. Tək o yox, “Qəbələ”nin məşqçilər korpusu da laysmana etirazını bildirdi. Köməkçisinin səhv etdiyini görən Əliyar Ağayev təmkinini pozmadan Alıyevə yaxınlaşaraq, “Qismət, sakitləş, mən hər şeyi görürəm. İnsandı, səhv edə bilər” söyləyib, narazılığı aradan qaldırdı.
* Qarşılaşmanın əsas vaxtına əlavə olunmuş ikinci dəqiqədə Visente Qomes Mario Marinaya əsəbləşdi. İspan mütəxəssis uca səslə xorvat yarımmüdafiəçiyə irad bildirincə, o da meydanın mərkəzində əllərini havada oynada-oynada baş məşqçiyə nəyisə başa salmağa çalışdı.
* Oyun günü doğum gününü qeyd edən Coşğun Diniyev 2020/21 mövsümündə “Sabah”ın ilk qolunun müəllifi olmaqla özü-özünə yaxşı hədiyyə etdi.
* Hakim və Hakim-inspektorlar Komitəsinin sədri Frits Stuxlik də matçı izləmək üçün Masazıra gəlmişdi.

Maraqlıdı...
Premyer-liqanın 2020/21 mövsümündə ilk böyükhesablı nəticə qeydə alındı. Bu, 2-ci turun son görüşünə təsadüf etdi. “Sabah” “Qəbələ”yə qarşı ev oyununda 3 cavabsız qol vurdu. Bu görüş paytaxt təmsilçisinin premyer-liqada 50-ci matçı idi. 2018/19 mövsümündə 28, ötən çempionat 20 görüşə çıxan bakılılar 2-ci turda 50-yə çatdı. “Sabah” bu matçlarda 13 qələbə qazanıb, 12 heç-heçə edib və 25 dəfə uduzub. Coşqun Diniyevin “Qəbələ”nin qapısından keçirdiyi top paytaxt təmsilçisinin premyer-liqada yubiley – 40-cı qolu oldu. Hesabında 42 top olan bakılılar 70 qol buraxıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR