Sizin reklam burada

Rüfət ABŞ-da qolları sıralayır

Baxış Sayı:86


Moldova çempionatında 9-cu turun oyunları keçirilib. Amit Quluzadənin formasını geydiyi “Milsami” səfərdə “Floreşti”yə qalib gəlib - 4:0. Millimizin sabiq üzvü meydanda yaşananları sonadək ehtiyatdan izləyib. 17 xalı olan “Milsami” 10 komanda arasında 4-cü pillədə qərarlaşıb. Latviyanın 1-ci liqasında 10-cu turun görüşləri baş tutub. Vüqar Əsgərovlu “Super Nova” doğma meydanda Riqa “Dinamo”suna 0:3 hesabıyla uduzub. Vüqarın adı oyunun iştirak ərizəsinə salınmayıb. Hesabında 14 xal olan “Super Nova” 9 komandanın mübarizəsində üçüncüdü.
Dmitri Nağıyevli “Dinamo-Avto” isə doğma meydanda “Kodru Lozova”nı darmadağın edib (7:0). Millimizin sabiq müdafiəçisi start heyətində meydana çıxıb, fasilədə əvəzlənib. İlk turda bir qol vuran Dmitri bu dəfə fərqlənə bilməyib. “Dinamo-Avto” 13 xalla 5-ci pillədə qərarlaşıb.
Gürcüstan çempionatında 11-ci turun oyunları çərçivəsində Nicat Qurbanovlu “Samtrediya” doğma meydanda Kutaisi “Torpedo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlub ayrılıb (1:2). Nicat qarşılaşmanı əvəz olunmadan keçirib. Komandasının yeganə qolunu da 64-cü dəqiqədə penaltidən həmyerlimiz vurub. Bununla da o, cari mövsümdə vurduğu qolların sayını 4-ə çatdırıb. “Samtrediya” 9 xalla 10 komanda arasında səkkizincidi.
Ukrayna premyer-liqasında 2-ci turun oyunları gerçəkləşib. Pavel Paşayevin formasını geydyi “Aleksandriya” səfərdə “Minay”ı üstələyib – 3:1. Start heyətində meydana çıxan Paşayev sonadək mübarizə aparıb. “Aleksandriya” 3 xalla 14 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.
Estoniya çemponatında 20-ci turun oyunları reallaşıb. Nurlan Novruzovun şərəfini qoruduğu “Narva Trans” səfərdə “Legion”a 1:2 hesabıyla yenilib. Nurlan qarşılaşmanı ehtiyatdan izləyib. “Narva Trans” 10 komandalı çempionatda 20 xalla 7-ci yerdədi.
İspaniya sequndasında 2020/21 mövsümünə start verilib. Eddi İsrafilovlu "Albasete" ilk görüşünü elitanı tərk edən "Espanyol"a qarşı keçirib. Barselonada baş tutan qarşılaşma meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Matça əsas heyətdə başlayan İsrafilov 37-ci dəqiqədə sarı vərəqə alıb, fasilədə - komandası hesabda 0:2 geridə olarkən əvəzlənib.
İsveçrə kubokunda 2-ci mərhələnin oyunları keçirilib. Renat Dadaşovun formasını geydiyi “Qrasshoppers” səfərdə “Lozanna Uşi”yə 2:1 hesabıyla qalib gəlib. Renat sonadək ehtiyatda qalıb.
Almaniya kubokunda 1/32 final mərhələsinin oyunları baş tutub. Dmitri Nazarovlu “Ertsgebirge” səfərdə “Ulm” ilə bacarmayıb - 0:2. Dmitri də bu görüşün iştirakçısı olub. O, start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.
Çexiyanın 2-ci divizionunda 3-cü turun qarşılaşmaları çərçivəsində Fərid Nəbiyevin formasını geydiyi “Viktoriya” səfərdə “Prosteyov” ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb - 2:0. Fərid 60-cı dəqiqədə meydana çıxıb. Komandasının ikinci qolunu da 1-ci uzatma dəqiqəsində həmyerlimiz vurub. Maksimum nəticə göstərən “Viktoriya” 9 xalla liderdi.
Rüfət Dadaşov ABŞ Milli Futbol Liqasında (USL) qollarının sayını 10-a çatdırıb. "Finiks Rayzinq"də çıxış edən 29 yaşlı hücumçu "Las-Veqas Layts"la ev matçında dubla imza atıb. Meydana start heyətində çıxan Rüfət 27-ci dəqiqədə hesabı açıb, bundan 17 dəqiqə sonra özünün və komandasının ikinci qolunu vurub. Qarşılaşma "Finiks Rayzinq"in 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Uzun fasilədən sonra tribunalarda məhdud sayda azarkeş olub. "Finiks Rayzinq" 12 oyundan sonra 26 xalla B qrupunda liderdi.
Makedoniya çempionatında 5-ci turun oyunları keçirilib. Elvin Yunuszadənin formasını geydiyi “Şkupi” səfərdə “Vardar”a 0:1 hesabı ilə yenilib. Elvin meydanda yaşananaları ehtiyat oyunçular skamyasından izləyib. “Şkupi” 10 xalla 12 kollektiv arasında üçüncüdü.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR