Sizin reklam burada

Heç-heçə “Qarabağ”la “Keşlə”ni zirvəyə qaldırdı

Baxış Sayı:135

Heç-heçə “Qarabağ”la “Keşlə”ni zirvəyə qaldırdı

Yunis Hüseynov: “Niyə də çempion olmayaq?!”
5. Keşlə (Bakı) - Qarabağ (Ağdam) 0:0
1. Stanislav Namaşko – 6,0
19. Azər Salahlı – 5,5
4. Şəhriyar Əliyev – 6,0
21. Miyuşko Boyoviç – 6,0
2. İlkin Qırtımov (k) – 6,0
25. Con Kamara – 6,0
14. Turan Vəlizadə - 6,0
17. Vüsal İsgəndərli – 6,5
(8. Tural Axundov, 86) - qiymətsiz
48. Dmitri Klots – 6,0
(10. Cavid İmamverdiyev, 82) – qiymətsiz
23. Artur Batista – 5,5
(7. Rəhman Hacıyev, 51) – 5,0
11. Silvio Rodriges – 5,5
Ehtiyat oyunçular
85. Kamal Bayramov
3. Tərlan Quliyev
6. Rəşad Sadiqov
16. Alvaro Tavares
18. Ruslan Əmircanov
20. Rail Məlikov
27. Əkpər Vəliyev
97. Xəzər Mahmudov
99. Rafael Məhərrəmli
Baş məşqçi: Yunis Hüseynov
Komandanın ən yaxşısı: Vüsal İsgəndərli
1. Şahruddin Məhəmmədəliyev – 6,0
77. Vild-Donald Gerye – 5,0
(2. Qara Qarayev, 75) – 5,5
81. Kevin Medina – 6,0
55. Bədavi Hüseynov (k) – 6,0
(5. Maksim Medvedev, 46) – 5,5
30. Abbas Hüseynov – 6,0
18. İsmayıl İbrahimli – 6,0
8. Uroş Matiç – 5,0
10. Abdulla Zubir – 6,5
19. Filip Ozobiç – 6,0
7. Ovusu Kvabena – 5,5
11. Mahir Emreli – 5,0
(44. Elvin Cəfərquliyev, 42) – 6,0
Ehtiyat oyunçular
12. Emil Balayev
6. Patrik Andrade
21. Rauf Hüseynli
27. Toral Bayramov
29. Zamiq Əliyev
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Abdulla Zubir
Vərəqələr: V-D.Gerye, 10 (qeyri-idman hərəkəti). O.Kvabena, 45+1 (qeyri-idman hərəkəti). E.Cəfərquliyev, 53 (qeyri-idman hərəkəti). İ.Qırtımov, 83 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: SƏBUHİ BAYRAMOV, Eyyub İbrahimov, Nahid Əliyev, Rövşən Rəcəbov (hamısı Bakı).
Hakim-inspektor: Ceyhun Haşımov (Bakı).
AFFA nümayəndəsi: Seymur Səlimli (Bakı).
11 sentyabr. Bakı. ASK Arena. Tamaşaçısız.
Birinci hissəyə 2, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 6,0.
Açılış turunda qələbə qazanan, cari avrokubok mövsümündə ölkəmizi təmsil edən komandaların budəfəki duali maraqla gözlənilirdi. Başqa vaxt olsaydı, ağdamlılar birmənalı favorit göstərilərdi. Lakin çempionun yığmada daha çox futbolçu ilə təmsil olunması, üstəlik “Molde” ilə vacib oyunun perspektivi bu yöndə müəyyən şübhələr yaratmışdı. “Keşlə” isə fasilədən istifadə edib görüşə lazımınca hazırlaşmaq imkanı qazanmışdı. Dövrünün aparıcı futbolçularından olan Yunis Hüseynovla Qurban Qurbanovun məşqçi kimi dueli də maraqla gözlənilirdi.
“Qarabağ”ın hansısa çempionat oyununda rəqib qapısına ilk zərbəni 40-cı dəqiqədə vurduğunu xatırlayırsız? Çətin. Çünki belə halı nəinki yada salmaq, heç ağla gətirmək də mümkün deyil. Amma bu hadisə dünən “ASK Arena”da yaşandı. “Keşlə” ilk dəqiqələrdən sanki ÇL-in finalında oynayırmış kimi əzmkar və istəkli görünür, Yunis Hüseynovun “əl işi” ayrı-ayrı məqamlarda özünü göstərirdi. Meydan sahibləri rəqibin usta futbolçularına topu rahat qəbul etmək imkanı vermir, bacardıqca sərt oynayır, topu ələ keçirən kimi cinahlardakı sürətli futbolçular hesabına irəli atılırdı. Sadalananların sayəsində “qırmızılar” özünü tək sözdə yox, əməldə də meydan sahibi kimi aparmağı bacardı. Şahruddin 15-ci dəqiqədə Azərin, 5 dəqiqə sonra Vüsalın zərbələrinə əla reaksiya göstərməklə komandasını xilas etdi. “Qarabağ”ın əsas problemi meydanın mərkəzini keçəndən sonra hücumların “qırılması” idi ki, hissənin sonlarına yaxın Mahirin zədə səbəbindən oyundan alınması ağdamlıların işini bir az da çətinləşdirdi.
Mahirin zədələnməsi azmış kimi, Bədavi də ona qoşuldu. Qurbanov müdafiəçinin zədəsinin ağırlaşmaması üçün ikinci yarıda onu Maksimlə əvəzlədi. Sırf əvəzetmələrə görə belə olduğunu iddia etmək çətin olsa da, ikinci yarıda “Qarabağ” daha fəal və xoş təsir bağışlayırdı. “Keşlə”nin oyununa rəng qatan yorulmayaq bilməyən, Gerye ilə Elvinə “sarı” qazandıran Vüsal idi. Canni De Byazinin yığmaya çağırmadığı cinah yarımmüdafiəçisi “köhlən atlar” üçün əsl başağrıya çevrilmişdi. 65-ci dəqiqədə Silvio Vüsalın əla cinah keçidindən sonra qapı qarşısına ötürdüyü topa istədiyi kimi zərbə vura bilsəydi, tablodakı “0”lardan 1-i dəyişəcəkdi. Qaranın da mübarizəyə qoşulmasıyla qonaqların fəallığı artırması “qırmızılar”da 1 xalın əldən çıxmaq qorxusu yaradırdı. Belədə əsas tapşırıq diqqəti müdafiəyə ayırıb, qol şansını əks-hücumlarda axtarmaq idi.
“Qarabağ” sona yaxın böyük qüvvə ilə irəli atılsa da, lazım olan qolu vura bilmədi. “Keşlə”nin rəqibi əks-hücumda tutmaq istəyi də səmərə verməyincə, komandalar qolsuz bərabərliyə razılaşıb turnir cədvəlinin ilk iki pilləsini ələ keçirdilər.

Gözdən qaçmadı
* Oyun başlamamış Rail Məlikov ehtiyatda qalan, lakin məlum tələblərə əsasən tribunada əyləşən yığma üzvləri – Maksim Medvedev, Qara Qatayev və Emil Balayevi Kipr üzərindəki qələbə münasibəti ilə təbrik etməyi özünə borc bildi.
* Maraqlı dialoq isə Maksimlə “Keşlə”nin üzvü Kamal Bayramov arasında yaşandı. Kamalın Maksimə ikinci gün həmin məkanda görüşəcəklərini deməsini “Qarabağ”lı ilk cəhddə anlamasa da, söhbətin davamında hər ikisinin övladının eyni məşqçinin rəhbərliyi altında futbol oynadığı məlum oldu.
* “Qarabağ”ın təcrübəliləri – Qarayla Maksim tribunada qoruyucu maskayla əyləşsələr də, Toral Bayramov, Elvin Cəfərquliyev, Zamiq Əliyev kimi gənclər maskadan ağız və burunlarını yox, çənələrini qorumaq üçün yararlandılar.
* Qurban Qurbanov ilk hissədə Səbuhi Bayramovun az qala hər mübarizə anında “Keşlə”nin xeyrinə qərar verməsinə sakit yanaşsa da, fasilədən sonrakı ilk epizodda Elvinlə Vüsalın ikili mübarizəsində ikincinin yerdə qalmasına görə qayda pozuntusu qeydə alınması “Qarabağ”ın baş məşqçisini özündən çıxardı. Qurbanov qayda pozuntusu olmadığını dəfələrlə dördüncü hakimin nəzərinə çatdırdı. Növbəti belə vəziyyətdə isə Səbuhini səsləməklə diqqəti çəkdi.
* Səbuhi Bayramov oyunboyu üç dəfə top dəyişdi ki, bu da haqlı olaraq həm meydandakı, həm də matçı kənardan izləyən futbolçuların haqlı narazılığına səbəb oldu.
* Oyun başa çatandan sonra “Keşlə”nin yeni transferi Alvaro Tavares meydanda qalıb, fərdi məşq edirdi.

Reaksiyalar
Qurban Qurbanov: “Bu gün bizim üçün heç də asan olmadı. Qalib gəlmək istəyirdik, 1 xal qazandıq. Futbolçular çox əziyyət çəkdi. Motivasiyası yüksək olan komandaya qaşrı oynadıq. Hər bir futbolçumuza qaşrı sərt oynayırdılar. Bu, məni sevindirdi. Uzun müddətdən sonra istədiyimiz oyunu göstərməkdə çətinlik çəkirdik. Bu oyunu burda saxlayıb, qarşıdakı matçlara hazırlaşmalıyıq. 5 gün sonra “Molde” ilə qarşılaşacağıq. Ümid edirəm ki, həmin matçda daha yaxşı formada olacağıq. Bədaviyə görə ehtiyatlandıq. Yorğunluğu var idi. Mahirin əvəzlənməsi planlarımıza daxil deyildi. Bədavini meydanda saxlamaqda risk etmək istəmədik. Xayme zədəyə görə son 10 gündə komandadan ayrı düşmüşdü. Son 2 gündə fərdi məşq edirdi. Sabah və ya birisigünkomanda ilə məşqlərə qoşulacaq. “Molde”ylə oyuna tam hazır olmayacaq. Şans versək də, start heyətində olmayacaq. Mahirin zədəsi də ciddi görünür. Sərt zərbə aldı və ayağı burxuldu. Sabah dəqiq biləcəyik. UEFA-nın məlum qərarından sonra motivasiya yüksək olmalıdı. Belə qərarlar bəzən motivasiya verir, bəzən də əksi baş verir. Bizə təsir edən odu ki, oyuna az vaxt qalmış belə qərar oldu. Qərar gecikdikcə düşünürdük ki, matç Bakıda olacaq. Ora getməklə bağlı bəzi məsələlər var ki, zaman istəyir. Başqa çıxış yolumuz yoxdu. Komandaya yüksək motivasiya verməyə çalışırıq. “Molde” 8 hücumçu sifariş edib? Hücumçuları çoxdu, amma meydanda 1-2, ya da 3 hücumçu olacaq. Buna uyğun hazırlaşacağıq. Bu məsələni çox düşünməyəcəyik. Yeni transfer? Hazırda planda belə bir futbolçu yoxdu. Danışıq apardığımız futbolçular çox idi, ancaq indi say azalıb. İnanmıram ki, tezliklə yeni transfer olsun… Patrik Andradenin hazırkı durumu pis deyil. Yarımmüdafiənin istənilən yerində oynaya bilir. “Molde”yə qarşı oynamaq ehtimalı çoxdu”.
Yunis Hüseynov: “Maraqlı oyun alındı, məncə, siz də darıxmadız. “Qarabağ” Azərbaycanın ən yaxşı komandalarından biridi. Ciddi hazırlaşmışdıq. Məqsəd 3 xal qazanmaq idi. Bərabərə qaldıq, narazılığım yoxdu. Komandamız belə döyüşkən oyun göstərsə, yaxşı yerlərdən birini tutacağımıza inanıram. “Qarabağ”a Çempionlar Liqasında uğurlar arzulayıram. “Laçi”ylə matçda komandamız pis təsir bağışlamamışdı. Sadəcə, imkanlardan yararlana bilməmişdik. Uşaqlara demişəm ki, hər matç bizim üçün final xarakteri daşımalıdı. Komanda bunu dərk edir. Getdikcə oyunumuz inkişaf edəcək. Kristovao “Keşlə”dən kimin əlindən qaçıb? Heç kimin. Heç kimə demədən özü bilet alıb, koronavirus testindən keçib, gedib. Səbəbini bilmirəm. Yəqin ailəsini görmək üçün gedib. Amma icazə almaq lazım idi. Mən də məsələ qaldırmışam ki, bizə belə futbolçu lazım deyil. Komandada icazəni baş məşqçidən alırlar. Mənə heç nə deməyib. Gəlib üzr istəsə də, bağışlanmayacaq… Bayaq yaxşı yerlərdən biri dedim. Yaxşı yerlərdən biri ilk “3-lük”də qərarlaşmaqdı. Bunun içində çempionluq da var. Bu futboldu. Niyə də çempion olmayaq?! Çempionluğa oynayırıq. Bunun nə dərəcədə alınacağını oyunlarımız göstərəcək. Bu gün komandaya motivasiya vermək üçün nə demişdim? Onlar Yunis Hüseynova aid olan cümlələrdi, mətbuata açıqlaya bilmərəm”.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR