Sizin reklam burada

PFL prezidenti sentyabrın 14-də seçiləcək

Baxış Sayı:109


Ramin Musayev yeganə namizəddi
PFL prezidenti postuna keçiriləcək seçkinin tarixi müəyyənləşib. Seçki sentyabrın 14-də baş tutacaq. AFFA-nın inzibati binasında təşkil olunacaq tədbir saat 12.00-da başlayacaq. PFL-in prezidenti Ramin Musayev qurumun Nizamnaməsinin 11-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq 4 il müddətinə seçilən vəzifəyə yenidən namizədliyini irəli sürüb. PFL üzvləri tərəfindən müvafiq posta alternativ namizəd irəli sürülməyib. Buna görə də qurumun hazırkı prezidenti vahid namizəd olacaq.
Seçkinin tarixi açıqlansa da, PFL premyer-liqanın tam təqvimini ictimaiyyətə təqdim etməyib. Ötən saylarımızın birində PFL-in Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov bunun səbəbini ətraflı izah etmişdi. Ona yenidən müraciət etdikdə cavabı belə oldu: “Sentyabrın 16-da “Qarabağ” Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Molde” ilə oynayır. 17-də isə “Neftçi” Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qalatasaray”ı qəbul edəcək. Bu qarşılaşmalardan sonra tam təqvimi ictimaiyyətə təqvim edəcəyik. Maksimum sentyabrın 20-də premyer-liqanın bütün turları hamıya bəlli olacaq. Mövsümün startında ictimaiyyətə məlumat vermişdik ki, təqvimi avrokubok oyunlarına görə bir qədər gecikdiririk. Daha dolğun şəkildə açıqlamaq istədiyimiz üçün bu qədər gözləməli olduq. Amma püşkatma günü premyer-liqanın ilk 7 turunun təqvimini komandalara göndərmişdik ki, onlar hazırlığı daha rahat planlasınlar. Klublarla bu baxımdan hansısa problem yaşamamışıq”.
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR