Sizin reklam burada

“Molde” “Qarabağ” üçün 8 hücumçu sifariş edib

Baxış Sayı:117

“Molde” “Qarabağ” üçün 8 hücumçu sifariş edib

İndi “Molde”də bayram bayrama qarışıb. Adamlar günlərdi arzusunda olduqları qərarın qəbul olunmasına uşaq kimi sevinirlər. Öz aramızdı, biz də eyni durumda olsaydıq, sevinərdik. Rəqiblə mübarizədən qalib ayrılan istənilən tərəfin “papağını göyə atmaq” haqqı var. Məktublaşmada udmusan, yoxsa meydandakı futbolda – fərq etmir, qələbənin adı qələbədi.
Buna əmin olmaq üçün klub rəsmisinin üç cümləlik açıqlamasına diqqət yetirmək kifayətdi. Gecə-gündüz mətbuata açıqlama verən “Molde”nin direktoru Ole Erik Stavrum UEFA-nın qərarını şərh edib: “Əlbəttə, yaxşı xəbər oldu. Kipr pandemiya baxımından sarı zonadı. Bu isə o deməkdi ki, klub və komanda üzvləri Norveçə qayıdandan sonra karantinə alınmayacaqlar. Amma vəziyyət dəyişə də bilər. Biz hər şeyə hazırıq. İstənilən halda qərara görə sevinirik. Çünki təyyarə və otel rezervasiyası ilə bağlı düşünməyə vaxtımız olacaq”.
“Molde”ylə bağlı bir maraqlı məlumatı diqqətinizə çatdıraq. Bu gün və sabah Norveç çempionatında 17-ci turun oyunları keçiriləcək ki, 16 komandadan 14-ü meydana çıxacaq. “Qarabağ”ın rəqibi istirahət edəcək. Buna səbəb “Start”la keçirilməli olan oyunun daha əvvəl, avqustun 5-də baş tutmasıdı. “Molde” həmin qarşılaşmada adı çəkilən komandanı 5:0 hesabı ilə məğlub etmişdi. Erlinq Moenin yetirmələri sonuncu görüşünü avqustun 30-da keçirib. Komanda səfərdə “Vikinq”ə 2:3 hesabı ilə uduzmuşdu.
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Molde” bu oyun üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. Norveçlilərin siyahısında 25 futbolçuya yer verilib. Adı çəkilən komanda 3 qapıçı, 6 müdafiəçi, 8 yarımmüdafiəçi və 8 hücumçu sifariş edib: qapıçılar - 1. Andreas Linde , 12. Aleksandro Kraninks, 34. Oliver Petersen; müdafiəçilər - 2. Martin Byornbak, 5. Şeriff Sinyan, 20. Henri Vinqo, 25. Con Kitolano, 27. Markus Pedersen, 40. Adrian Uqelvik; yarımmüdafiəçilər - 7. Volff Eykrem, 8. Fredrik Syölstad, 9. Mattias Moström, 11. Martin Ellinqsen, 16. Etzaz Hussayn, 17. Fredrik Eursnes 23. Ulland Andersen, 28. Kristoffer Haugen; hücumçular - 10. Leke Ceyms, 14. Erlinq Knudtzon, 15. Tobias Kristensen, 19. Eyrik Hestad, 22. Ola Brünhildsen, 30. Matis Bolli, 37. Ola Sundqot, 99. Ohi Omoyjuanfo.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR