Sizin reklam burada

Larnakada mətbuat konfransı olmayacaq

Baxış Sayı:122


UEFA-dan Çempionlar Liqasındakı rəqibi “Molde”ni Cənubi Kiprdə qəbul etmək göstərişini alan “Qarabağ” “Keşlə” ilə dünənki çempionat matçından sonra Larnaka səfərinə hazırlaşır. Komanda üzvləri çərşənbə axşamı saat 11.15-də çarter reysi ilə Bakıdan birbaşa Larnakaya yola düşüb, elə həmin şəhərdə məskunlaşacaq. Komandada cəzalı futbolçuların olmaması baş məşqçi Qurban Qurbanovu sevindirməyə bilməz. Yalnız bir zədəli var ki, o da Rahil Məmmədovdu. Buna baxmayaraq, ucaboy müdafiəçi də təyyarədə yer alacaq.
Komandanın son transferi Patrik Andrade Çempionlar Liqası üçün sifariş olunub. Baş məşqçinin kabo-verdeli yarımmüdafiəçiyə şans verib-verməyəcəyini indidən demək çətindi. Bildiyimiz odu ki, Andrade də Cənubi Kiprə yollanacaq.
Oyunla bağlı daha bir diqqətçəkən məqam qarşılaşmadan əvvəl və sonra mətbuat konfranslarının keçirilməyəcəyidi. Görüş neytral meydanda keçiriləcək, üstəlik, “AEK Arena”nın konfrans zalında nə norveçli, nə də azərbaycanlı jurnalistlər iştirak edəcək. Bu səbəbdən baş məşqçilərin boş otaqlara təşrif buyurması məqsədəuyğun sayılmayıb. Qurban Qurbanov qarşılaşmadan əvvəl və sonra klub saytına açıqlama verəcək.
Yeri gəlmişkən, sentyabrın 16-da, Bakı vaxtı ilə saat 21.00-da başlayacaq oyun “CBC Sport” telekanalında canlı yayınlanacaq.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR