Sizin reklam burada

“Sumqayıt” yenə “Neftçi”ni məyus etdi

Baxış Sayı:94


6. Neftçi (Bakı) – Sumqayıt 0:2 (0:1)
30. Aqil Məmmədov - 5,0
91. Talisson Dias - 5,0
5. Anton Krivotsyuk - 4,5
3. Mamadu Mboc - 4,5
(6. Voislav Stankoviç, 35) - 5,0
2. Cabir Əmirli - 4,5
24. Yusuf Laval - 5,0
8. Emin Mahmudov (k) - 5,0
36. Mamadu Kane - 5,0
7. Namiq Ələsgərov - 4,5
(28. Stiven Jozef-Monroz, 46) - 4,5
29. Sabir Buqrin - 4,5
(13. Prins İbara, 56) - 5,0
22. Mirabdulla Abbasov - 5,0
Ehtiyat oyunçular
1. Səlahət Ağayev
12. Kamran İbrahimov
19. Fəhmin Muradbəyli
10. Saman Nərimancahan
26. Ömər Buludov
4. Rener Alves
80. İsmayıl Zülfüqarlı
27. Fərid Yusifli
40. Vüqar Həsənov
Baş məşqçi: Füzuli Məmmədov
Komandanın ən yaxşısı: Mamadu Kane
1. Mehdi Cənnətov - 5,0
(13. Aydın Bayramov, 45) - 5,0
8. Səbuhi Abdullazadə - 5,5
14. Elvin Bədəlov - 5,0
3. Vurğun Hüseynov (k) - 5,5
5. Camaləddin Xocaniyazov - 5,0
7. Tellur Mütəllimov - 5,0
6. Vüqar Mustafayev - 5,0
21. Adəm Həmati - 5,5
97. Xəyal Nəcəfov - 5,5
(33. Eltun Turabov, 70) - 5,5
17. Murad Xaçayev - 5,0
(10. Rəhim Sadıxov, 56) - 5,0
9. Əli Qurbani - 6,0
Ehtiyat oyunçular
71. Hüseynəli Quliyev
4. Kərəm Sultanov
19. Nurlan Quliyev
30. Nəbi Məmmədov
18. Süleyman Əhmədov
88. Cavid Quliyev
20. Rüfət Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Əli Qurbani
Qollar: Ə.Qurbani, 14 (0:1, S.Abdullazadə). Ə.Qurbani, 47 (0:2, M.Xaçayev).
Vərəqələr: M. Mboc, 28 (qeyri-idman hərəkəti). V.Hüseynov, 29 (qeyri-idman hərəkəti). A.Krivotsyuk, 77 (qeyri-idman hərəkəti) – sarı. A.Krivotsyuk, 83 (qeyri-idman hərəkəti) – qırmızı (2-ci sarı).
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Cəmil Quliyev, Vüqar Bayramov, Fərid Hacıyev (hamısı Bakı).
Hakim-inspektor: Rövşən Əhmədov (Bakı).
AFFA nümayəndəsi: Asif Əliyev (Bakı).
Birinci hissəyə 7, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
11 sentyabr. Bakı. Bakcell Arena. Tamaşaçısız.
Oyunun qiyməti: 6,0.
Premyer-liqanın 2-ci turunun açılış matçına yetərincə çoxlu media nümayəndəsi təşrif buyurmuşdu. Axı “Neftçi”nin “Qalatasaray”la oyuna hazır olub-olmaması "Sumqayıt"la qarşılaşmada bəlli olacaqdı.
Füzuli Məmmədov "Səbail" ilə oyundan fərqli komandada iki dəyişiklik etmişdi. O, bu dəfə müdafiənin solunda Ömər Buludovun əvəzinə Camir Əmirliyə güvənmişdisə, hücumda Jozef-Monrozun yerinə Mirabdulla Abbasovu meydana buraxmışdı. Matça "Neftçi" istəkli başlasa da, ilk hücumu "Sumqayıt" qurdu. Xəyal Nəcəfovun sağ cinahdan cərimə meydanına ötürməsinə Əli Qurbani toxuna bilmədi. Növbəti təhlükəli vəziyyəti də "kimyaçılar" yaratdı. Səbuhi Abdullazadənin zərbəsi toru yandan silkələdi. Hücumların kəsərini artıran "Sumqayıt" istəyinə 14-cü dəqiqədə çatdı. Abdullazadənin sağ cinahdan ötürməsini Əli Qurbani dəqiq baş zərbəsi ilə tamamladı. Hesabı açılandan sonra "Neftçi"nin hücum edəcəyini gözləsək də, meydanda yaşananlar fərqli idi. Qoldan dərhal sonra "Sumqayıt" ardıcıl iki təhlükəli vəziyyət yaratmağı bacardı. Əvvəlcə Murad Xaçayevin zərbəsi qapıdan aralı keçdi. Daha sonra Səbuhidən ötürməni qəbul edən Vüqar Musayev uzaqdan qapını yoxladı. Onun zərbəsini Aqil Məmmədov iki cəhddən tuta bildi.
"Sumqayıt"ın hücumlarının qarşısını almağa çalışan "Neftçi" ilk real qol vəziyyətini 23-cü dəqiqədə yaratdı. Kanenin ötürməsini qəbul edən Mirabdulla iki müdafiəçinin arasından topu düz qapıçı Mehdi Cənnətovun üzərinə vurdu. Hissənin sonlarına yaxın "Neftçi" hesabı bərabərləşdirməyə çalışırdı. 43-cü dəqiqədə sol cinahda topu ələ keçirən Laval uzun reyd edərək qapıya zərbə endirdi. Mehdi bu epizodda da sayıqlığı itirmədi. 44-cü dəqiqədə qapıçı zədələnərək Aydın Bayramovla əvəzləndi.
İkinci hissə başlar-başlamaz qonaqlar hesab arasındakı fərqi artırdı. Xəyal Nəcəfov sol cinahla reyd edərək cərimə meydançası daxilinə ötürmə etdi. Topu qəbul edən Murad Xaçayev boş mövqedə olan Əli Qurbaniyə pas verdi. Cənubi azərbaycanlı möhtəşəm zərbə ilə dubla imza atdı.
Hesabda geri olan Füzuli Məmmədov geridönüş etmək üçün üç hücumçudan yararlansa da, futbolçular imkanları sağa-sola xərcləyirdilər. Yeni hücumçu İbaranı sol cinahda sınayan məşqçi Lavalı sağ cinaha çəkmişdi. Jozef-Monroz isə yarımmüdafiəçi kimi çıxış edirdi. 90-cı dəqiqədə Mirabdulla yüzfaizlik qol imkanından yararlanana bilmədi. Bununla da "Neftçi" "Qalatasaray"la oyun ərəfəsində acı məğlubiyyətlə üzləşdi. "Sumqayıt" son illərdə müntəzəm olduğu kimi yenə flaqmanı məyus etdi.

Gözdən qaçmadı
* 35-ci dəqiqədə Füzuli Məmmədov Mbocu Stankoviçlə əvəzlədi, seneqallı müdafiəçi buna görə qəzəbini gizlətmədi.
* Cənnətov yerdə qaldığı epizodda Tellurla Füzuli Məmmədov arasında mübahisə yaşandı. Ayxan Abbasovla dördüncü hakim Fərid Hacıyevin müdaxiləsindən sonra tərəflər sakitləşdilər.
* İlk yarı bitən kimi stadiondan kənarda "Sumqayıt" sədaları eşidildi. "Kimyaçılar”ın 5 fanatını polis "Bakcell Arena"nın həndəvərindən uzaqlaşdırdı.
* Oyunu Canni De Byazi də stadiondan izləyirdi.
* Mətbuat konfransına getmək istəyətən jurnalistləri stadion işçiləri 10 dəqiqəyə yaxın müddətdə gözlətdilər.
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR