Sizin reklam burada

İlqar Mirzəyevin xatirə turniri başa çatdı

Baxış Sayı:83


Xətai rayon İcra Hakimiyyəti, Xətai rayon Gənclər və İdman İdarəsi və “Bakı 008” FK-nın təşkilatçılığı ilə şəhid polkovnik İlqar Mirzəyevin xatirəsinə həsr olunan mini-futbol üzrə rayonun açıq birinciliyi başa çatıb. İki yaş qrupu üzrə keçirilən turnirin nəticələrinə görə 2006-07 təvəllüdlülər arasında “Zirvə” birinci, “Bakı 008” ikinci, “Azəri” üçüncü yeri tutub. 2008-09 təvəllüdlülərin yarışında ilk “üçlük”də “Azəri”, “Qaraçuxur” və “Bakı 008” qərarlaşıb.
Turnirin bağlanış mərasimində Xətai rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar şöbəsinin müdiri Pənah İmanov, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin bəy, yerli Gənclər və İdman İdarəsinin əməkdaşları Elvin Orucov və Tural Əhmədli və veteran futbolçular iştirak edib. Fərqlənən komandalara və yeniyetmə futbolçulara kubok, medal və diplomlar təqdim olunub.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR