Sizin reklam burada

Kapitan günahını Nikosiyada yudu

Baxış Sayı:105


De Byazi: “Bu gün bütün 25 futbolçumuzun səsini eşitdik”
Millətlər Liqası
C liqası, 1-ci qrup

258. Cənubi Kipr – Azərbaycan 0:1 (0:1)
12. Xaralambos Kiriakides
2. Andreas Karo
5. Valentinos Sielis
6. Xaris Kiriaku
9. Dimitris Xristofi (k)
(17. Loyzos Loyzu, 57)
10. Pieros Sotiriu
13. İoannis Kusulos
(8. Xambos Kiriaku, 57)
19. Konstantinos Layfis
20. Qriqoris Kastanos
(16. Matiya Şpolyariç, 76)
21. Marinos Tsionis
23. İoannis Pittas
Ehtiyat oyunçular
1. Tasos Kissas
22. Neofitos Mixail
3. Kristos Veeler
7. Kipros Kristoforu
11. Andreas Avraam
14. Xristoforu Kipros
15. Marios Elia
18. Yannis Satsias
Baş məşqçi: Yohan Valem
1. Emil Balayev
2. Qara Qarayev
4. Bəhlul Mustafazadə
5. Maksim Medvedev (k)
11. Ramil Şeydayev
13. Abbas Hüseynov
15. Bədavi Hüseynov
16. Elvin Camalov
(6. Coşqun Diniyev, 59)
18. Anton Krivotsyuk
19. Təmkin Xəlilzadə
(7. Araz Abdullayev, 64)
22. Rəhim Sadıxov
(10. Namiq Ələsgərov, 77)
Ehtiyat oyunçular
12. Şahruddin Məhəmmədəliyev
23. Mehdi Cənnətov
3. Şəhriyar Əliyev
8. Emin Mahmudov
9. Renat Dadaşov
14. Elvin Bədəlov
17. Rəhman Hacıyev
20. İsmayıl İbrahimli
21. Amin Seydiyev
Baş məşqçi: Canni De Byazi
Qol: M.Medvedev, 29.
Vərəqələr: A.Hüseynov, 21. V.Sielis, 57. A.Krivotsyuk, 76. B.Hüseynov, 82 – sarı.
Hakimlər: FİLİP QLOVA, Peter Bednar, Frantişek Ferenç, Boris Marhefka (hamısı Slovakiya).
Hakim-inspektor: Andreas Şkuçte (İsveçrə).
UEFA nümyəndəsi: Mirsini Psarropulu (Yunanıstan).
8 sentyabr. Nikosiya. GSP stadionu.Tamaşaçısız.
Birinci hissəyə 1, ikinci hissəyə 2 dəqiqə əlavə olunub.
10 (1) qapıya (“çərçivə”yə) zərbə 13 (3)
2 künc zərbəsi 3
2 ofsayd 1
1 vərəqə (qırmızı) 3
12 qayda pozuntusu 17
Sentyabrın 5-də doğma meydanda Lüksemburqa məğlub olmaqla az qala ümumxalq nifrəti qazanan yığma srağagün Nikosiyada yaxşı mənada bizləri təəccübləndirdi. De Byazinin çalışdırdığı komanda Cənubi Kiprin paytaxtında sanki son oyuna çıxıbmış kimi mübarizə apardı.
İlk dəqiqələrdən özünü heç də qonaq kimi aparmayan yığma təşəbbüsə yiyələnərək, topa nəzarəti ələ keçirdi. Lüksemburqla oyundan fərqli baş məşqçi heyətdə iki dəyişiklik etmişdi ki, onun bu gedişinin özünü doğrultduğunu bəribaşdan qeyd edək. İstər Abbas Hüseynov, istərsə də debütant Rəhim Sadıxov özlərini yaxşı tərəfdən göstərməyi bacardılar. Xüsusilə Sadıxovun meydanın mərkəzində inamlı oyununu vurğulamaq lazımdı. Rəhimin mərkəzdə “dirijorluq” etməsi komandanın sürətli hücumlar qurmasına imkan verirdi. Meydan sahiblərinin qapısı önündə ilk təhlükə 13-cü dəqiqəyə təsadüf etdi. Adalılar mərkəzdə topu itirincə, Krivotsyuk bir ötürmə ilə Şeydayevi Kiriakideslə duelə göndərdi. Ancaq hücumçu əla ötürməni layiqincə dəyərləndirə bilmədi. Onun uzaq küncə zərbəsini qolkiper ayağı ilə uzaqlaşdırdı. Kiriakides növbəti dəfə 17-ci dəqiqədə diqqət mərkəzinə düşdü. Qolkiper Qaranın təxminən 25 metrdən qüvvətli zərbəsini çətinliklə dəf etdi. Ümumiyyətlə, ilk 20 dəqiqədə milli rəqibə göz açmağa imkan vermirdi. Xırda ötürmələr hesabına sürətli keçidlər, cinah həmlələri göz oxşayırdı. Elə bil meydanda bu matçdan 3 gün öncə Lüksemburqla oyunda kənd komandası təsiri bağışlayan kollektiv yox, Avropanın sayılıb-seçilən yığması top qovurdu. Bütün bunların məntiqi nəticəsi kimi 29-cu dəqiqədə hesab açıldı. Rəhimdən ötürmə alan Şeydayev topu ayağında ram edə bilməyincə, kiprli müdafiəçi təhlükəni sovuşdurmaq istəsə də, “mərmi” hücuma qoşulan Maksimin qarşısına düşdü. Kapitan isə bir hərəkətlə rəqib futbolçunu aldadaraq sol ayaqla qüvvətli zərbə vurdu. Meydan sahiblərinin cavabı 35-ci dəqiqədə gəldi. Kornerdən qapı önünə asmadan sonra müdafiəçilərin gözdən qaçırdığı Kastanos xoşbəxtlikdən topa toxuna bilmədi. Üç dəqiqə sonra isə dirək yığmanı qoldan xilas etdi. Krivotsyukdan sıyrılan Xristofi uzaq küncü nişan alsa da, dirək Balayevin köməyinə çatdı. Hissənin sonlarında De Byzanin komandası ikinci qolu vurmağa yaxın oldu. Sadıxovun penalti nöqtəsinin yaxınlığına göndərdiyi topu Ramil başla qapasa da, cüzi dəqiqlik çatmadı.
Fasilədən sonra meydan sahibləri sürəti bir qədər artırıb, daha aqressiv oyun nümayiş etdirməyə başladılar. Belədə yığma təşəbbüsü rəqibə verib, əks-hücumlara bel bağladı. 48-ci diqəqədə sol cinahla irəliləyən Rəhim cərimə meydançasına asma etmək istəsə də, top istiqamətini dəyişərək yaxın küncə yönəldi. Ancaq Kiriakides sayıqlığını itirməyərək, komandasını qoldan xilas etdi. 69-cu dəqiqədə müdafiəçilərimizin inamsız oyunu az qala Balayevin qapısında qolla nəticələnəcəkdi. Loyzu bir qədər ləngiyincə, Maksim vaxtında müdaxilə edib, onun yaxın məsafədən zərbə vurmasına imkan vermədi.
Sona yaxın hər iki komandanın yorulduğu hiss olunurdu. Meydan sahibləri heç olmasa, heç-heçəyə nail olmaq üçün hücumlarının sayını artırsa da, kəmiyyəti kefiyyətə çevirə bilmirdilər ki, buna səbəb yığmanın müdafiəçilərinin cərimə meydançasının həndəvərində və daxilində soyuqqanlı oynaması idi. Əsas vaxt əlavə olunmuş ikinci dəqiqədə oyuna sonradan qoşulan Namiq özü kimi əvəzetmədən meydana daxil olan Arazın əla ötürməsini boşa verməklə yadda qaldı. Ələsgərov təxminən 5 metrdən topu qapının üstündən vurdu. Meydan sahibləri bu hücumun ardından topu oyuna daxil etmək istəyərkən isə hakim final fitini səsləndirdi və yığma De Byazinin rəhbərliyi altında meydana çıxdığı ikinci görüşdə ilk qələbəsini qazandı.

Yeri gəlmişkən...
Qarşılaşmadan öncə Kipr Futbol Assosiasiyasının (KFA) rəsmiləri AFFA nümayəndələri ilə bir araya gəlib. Təşkil olunan ziyafətdə KFA-nın prezidenti Giorqos Kumas AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova xatirə hədiyyəsi təqdim edib. Məmmədov da qarşı tərəfə Azərbaycan xalçası bağışlayıb.

Reaksiyalar
Canni De Byazi: “Ən vacib məsələ odu ki, bu gün meydanda sonadək 11 futbolçu ilə qaldıq. Eyni zamanda, ötən matçla müqayisədə bir neçə dəyişiklik etdik. Həmin qarşılaşmada bəzi məqamlar xoşuma gəlməmişdi. Baxmayaraq ki, bu Azərbaycan millisində ilk matçım idi. Heç yoldaşlıq görüşlərində də oynamaq imkanımız olmamışdı. Bu gün meydanda sonadək mübarizə apardıq. Düşünürəm ki, komandam yaxşı oyun göstərdi. Gələcəkdə bunu daha da inkişaf etdirə bilərik. Abbas Hüseynovla Rəhim Sadıxovun çıxışı çox xoşuma gəldi. Belə futbolçularımız çoxdu, onları yavaş-yavaş heyətə qatacağıq. Mənim üçün daha bir vacib məsələ oyunçularımın komandaya kömək etmək üçün istəkli olmalarıdı. Tribunada olan futbolçularımızın da səsləri gəlirdi. Komanda yalnız meydana çıxan 11 nəfərdən ibarət deyil. Bu gün bütün 25 futbolçumuzun səsini eşitdik. Bu da vacib məqamdı".
Yohan Valem: “Millətlər Liqasında ikinci məğlubiyyətimizi aldıq və bu hamı üçün yaxşı dərs oldu. Rəqib təhlükəli hücumlar təşkil edirdi, biz isə qorxurduq. Sonradan vəziyyəti düzəltsək də, artıq gec oldu. Səhvlərimizi düzəltməliyik. Hədəflərimizə çatmaq üçün çalışmağa davam edəcəyik. Rəqiblə eyni səviyyədə deyildik. Onlar meydana daha istəkli çıxmışdılar. Mövqe səhvlərimiz oldu, rəqibin oynadığı sistemlə bacarmadıq. Bu isə bizə problem yaratdı. Futbolçularım onlardan nə istədiyimi bilməli, özlərinə inanmalıdılar. Verilən tapşırıqları düzgün yerinə yetirəndə onlardan narazı qala bilmərəm. Fasilədə onlara dedim ki, ilk hissəni unudun və ikinci 45 dəqiqəyə köklənin. Komandamızda ciddi dəyişikliklər olub. Bizə vaxt lazımdı. Heç vaxt öz oyunçularımı günahlandırmaram. Oyunumuzu mükəmməlləşdirdikdən sonra axtardığımız lider futbolçular üzə çıxacaqlar. Oktyabrda daha iki matçımız var. Gələcək planları müəyyənləşdirib oyunumuzu yaxşılaşdırmağa çalışacağıq".
Elxan Məmmədov: “Komandamız sözün həqiqi mənasında inamlı təsir bağışladı. Xüsusən ilk hissədə daha çox qol vurmaq imkanımız oldu. Lakin bir qol vura bildik. Bununla belə, şükürlər olsun ki, 3 xalı qazandıq. Komandamız Bakıdakı məğlubiyyətin ardından özünə gəlməliydi. Millətlər Liqasında ikinci oyunda və 10 aylıq fasilədən sonra qələbə qazanmaq önəmli idi. Təbii ki, baş məşqçi Canni De Byazi futbolçularla fərdi söhbətlər edərək, müvafiq qaydada tapşırıqlarını vermişdi. Unutmamalıyıq ki, bu, De Byazi üçün 2-ci oyun idi və onun rəhbərliyi altında heç bir yoldaşlıq görüşü keçirilməmişdi. Belə deyək, hazırda o, öz eksperimentlərini rəsmi oyunlarda tətbiq edir. Fikrimcə, bu baxımdan Millətlər Liqası yaxşı fürsətdi".

Gözdən qaçmadı
* Millinin “sükanı arxasında” ilk qələbəsini qazanan Canni De Byazinin oyunsonrası sevincini görməyə dəyərdi. 64 yaşlı mütəxəsis hakimin final fitindən sonra meydana daxil olub, qarşısına çıxan yığma üzvlərini qucaqlayaraq bağrına basırdı.
* Yohan Valemin köməkçisi Mixalis Konstantinu oyundan sonra matçın baş hakimi Filip Qlovaya və köməkçilərinə yaxaınlaşaraq narazılığını bildirdi.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR