Sizin reklam burada

“Neftçi”nin yeni transferi bu gün Bakıda olacaq

Baxış Sayı:107


İbara: “Əlimdən gələni edəcəm ki, “Qalatasaray”la oyunda yaxşı çıxış edim”
"Neftçi" yeni hücumçu ilə razılıq əldə edib. Flaqman konqolu Prins İbaranı heyətinə qatıb. 24 yaşlı forvard birillik icarə əsasında "ağ-qaralar"da çıxış edəcək. Belçika "Birşot"una məxsus forvardın qazancı 200 min dollar olacaq. 192 sm boya malik İbara Konqo millisinin üzvüdü. O, yığmanın heyətində 7 matçda 2 qol vurmağı bacarıb.
Dünən İbara ilə əlaqə saxlayıb, bir neçə sualımıza cavab aldıq.
- Yeni komandanın sıralarına qoşulmaq üçün Bakıya nə vaxt gəlirsən?
- Sabah (bu gün) Bakıda olacam.
- “Neftçi” ilə müqavilə müddətin nə qədər olacaq?
- Birillik saziş imzalayacağıq. Ümid edirəm ki, hər iki tərəf üçün uğurlu olar.
- “Neftçi” ilə bağlı planların nədi?
- Çoxlu qol vurmaq istəyirəm. Komanda ilə birgə kuboklar qazanmaq niyyətindəyəm.
- Daha əvvəl “Neftçi” barədə məlumatın var idi?
- Transferim gündəmə gələndən sonra bir sıra matçlarını izləmişəm.
- Çox güman, debütün “Neftçi”nin heyətində Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qalatasaray”a qarşı olacaq. Bu qarşılaşmaya hazırsan?
- Əlbəttə, özümü hazır hiss edirəm. Əlimdən gələni edəcəm ki, bu oyunda yaxşı çıxış edim. Sabiq komandamın heyətində yaxşı hazırlıq keçmişəm. Bu səbəbdən də özümü oynamağa hazır hiss edirəm.
- “Neftçi” azarkeşləri ölkənin ən çılğın fanatları hesab olunurlar. Oyununla onların sevgisini qazana biləcəksən?
- Mənim işim qol vurmaq və komandama qələbə qazandırmaqdı. Hər oyunda bunu etsəm, azarkeşlər də məni sevərlər. Onları üzməmək üçün əlimdən gələni edəcəm.
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR