Sizin reklam burada

Fasilə bitdi, premyer-liqaya davam

Baxış Sayı:96

Fasilə bitdi, premyer-liqaya davam

Yığmamızın Millətlər Liqasındakı çıxışı ilə bağlı Azərbaycan premyer-liqasında yaranan 19 günlük fasilə sabah başa çatır. Belə ki, sabah çempionatın 2-ci turuna start veriləcək. Üç günü əhatə edəcək turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayınlanacaq.
Azərbaycan premyer-liqası
1-ci dövrə, 2-ci tur
11 sentyabr
5. Keşlə – Qarabağ
“Keşlə”nin bu rəqiblə ev oyunlarının balansı: 29:+9=10-10, 21-28.
1999/00 - 0:0; 2000/01 - 0:0; 2003/04 - 0:2; 2004/05 - 1:0; 2005/06 - 2:0; 2006/07 - 1:0; 2007/08 - 1:0; 2008/09 - 1:1; 2009/10 - 2:1, 0:1; 2010/11 - 1:0, 0:2; 2011/12 - 0:0, 1:1; 2012/13 - 1:1; 0:0; 2013/14 - 1:2, 0:3; 2014/15 - 0:0, 2:1; 2015/16 - 0:2, 1:1; 2016/17 – 2:1, 0:3; 2017/18 – 0:2, 3:0; 2018/19 – 1:1, 0:1; 2019/20 – 0:2.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 25-35-40
Bakı. ASK Arena. Saat 21.00
İkinci turun açılış oyunları paytaxtda baş tutacaq. Turun mərkəzi görüşündə bürünc medalçı “Keşlə” çempion “Qarabağ”ı “ASK Arena”da sınağa çəkəcək. Mövsümə “quru” hesablı qələbə ilə başlayan komandaların fasilə dönəmində tonusu qoruya bilib-bilmədiyini sabah biləcəyik. İstənilən halda, fasilə bəzi komandaların oyun ritmini pozur, bəziləri isə əksinə, bunu fürsət bilib çatışmazlıqlarını aradan qaldırır. Bu mənada “Qarabağ”ın çətinlik çəkəcəyini güman etmək olar. Axı ağdamlıların xeyli oyunçusu yığmaların düşərgəsinə yollanmışdı. Bu mənada “Keşlə”nin millidəki təmsilçiləri azdı. Yunis Hüseynovun komandasının fasilə dönəmində “Səbail”lə yoxlama matçı keçirdiyini və 3:0 hesabıyla qalib gəldiyini vurğulayaq. Paytaxt təmsilçisi sırf çempionata köklənibsə, “Qarabağ”ın fikri həm də Çempionlar Liqasındadı. Komanda sentyabrın 16-da Norveç təmsilçisi “Molde” ilə qarşılaşacaq.
Rəqəmlər “Qarabağ”ı favorit göstərir. Ağdamlılar bu rəqiblə son 7 oyunda meydanı qolsuz və xalsız tərk etməyib. “Keşlə” son üç ev oyununda həm də “quru” hesabla uduzub.
6. Neftçi – Sumqayıt
“Neftçi”nin bu rəqiblə ev oyunlarının balansı: 16:+8=5-3, 32-19.
2011/12 – 4:0; 2012/13 – 8:1; 2013/14 – 0:0, 1:3; 2014/15 - 3:2, 2:2; 2015/16 – 2:1, 1:0; 2016/17 – 1:2, 1:0; 2017/18 – 2:1, 2:2; 2018/19 – 0:0, 2:3; 2019/20 – 2:1, 1:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-30-30
Bakı. Bakcell Arena. Saat 19.00
Açılış oyununda “Neftçi” ilə “Sumqayıt” üz-üzə gələcək. “Ağ-qaralar” prinsipial rəqibini “Bakcell Arena”da sınağa çəkəcək. Beləliklə, Füzuli Məmmədovun komandası evdə ardıcıl 3-cü oyununa çıxacaq. Məsələ burasındadı ki, “Neftçi” Avropa Liqasının 1-ci təsnifat mərhələsində Şimali Makedoniya “Şkupi”sini, eləcə də 1-ci turda “Səbail”i “Bakcell Arena”da qonaq etmişdi. Avrokubok təmsilçilərinin dueli həmişə prinsipiallığı ilə seçilib. Təsadüfi deyil ki, “Neftçi” Avroliqada mübarizəni dayandıran “gənclik şəhəri” təmsilçisiylə indiyə qədər 31 dəfə qarşılaşıb və az qala yarısında xal itirib. Konkret “Sumqayıt” 15 görüşdə “ağ-qaralar”dan xal almağı bacarıb. 31 oyundan 16-da qələbə qazanan “Neftçi” 10 dəfə uduzub, 5 oyunda isə qalib müəyyənləşməyib. Son 5 matçda hər iki komanda qol vurub. “Neftçi” son üç qarşılaşmada uduzmayıb.
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR