Sizin reklam burada

Tofiq Fətullayev istefa verdi

Baxış Sayı:94


Çərşənbə axşamı AFFA İntizam Komitəsinin iclası keçirilib. Müzakirələr premyer-liqanın 1-ci turunda yaşananlara həsr olunub.
“Neftçi” – “Səbail” oyununda 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə meydan sahibləri 800 manat cərimələnib. “Sumqayıt” – “Keşlə” görüşündə qonaqların futbolçusu Tərlan Quliyev sifariş vərəqəsində qeyd olunan nömrəsindən fərqli nömrəli formada meydana çıxıb ki, bunun da cəriməsi 800 manat təşkil edib.
“Qəbələ” – “Zirə” qarşılaşmasında təcili yardım nümayəndəsi təyin olunan vaxtda oyunöncəsi iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimələnib. Bu görüşdə topdaşıyan şəxslərin yaş həddi pozulduğuna görə “Qəbələ” daha 800 manat “tərləyəcək”. “Zirə”nin futbolçusu Hacıağa Hacılı isə qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubunu 200 manat ziyana salıb.
Beləliklə, premyer-liqanın açılış turuna həsr olunan iclasda klublara ümumilikdə 3000 manat cərimə kəsilib.
Dünən isə AFFA-nın İntizam Komitəsinin sədri Tofiq Fətullayev istefa verib. AFFA-nın saytında yer alan xəbərə görə, qurumun İcraiyyə Komitəsinin növbəti iclasına qədər bu vəzifə komitənin üzvü Erkin Hüseynova həvalə olunub. İcraiyyə Komitəsinin növbəti iclasında İntizam Komitəsinin tərkibi barədə müvafiq qərar qəbul olunması nəzərdə tutulub. AFFA-nın rəhbərliyi Tofiq Fətullayevə uzunmüddətli səmərəli fəaliyyətinə görə minnətdarlığını bildirib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR