Sizin reklam burada

“Ramiz Mehdiyev kimi nəhəngi aşırdılar, Elxan Məmmədova 13 ildi bata bilmirlər”

Baxış Sayı:198


Yığmanın və AFFA-nın altını üstünə çevirdilər
Yığmanın Canni De Byazinin rəhbərliyi altında “doğma divarlar” arasında Lüksemburqa uduzması, bərbad oyun sərgiləməsi sosial şəbəkələrdə də çox müzakirə olunur. Tanınmış jurnalistlər, ictimai-siyasi xadimlər, futbol adamları şənbə günü keçirilən oyundan sonra ürəklərindən keçənləri yazıblar. Bəziləri günahı futbolçularda, bəziləri italyan məşqçidə, bəziləri isə AFFA rəhbərlyində görür. Sosial şəbəkədə diqqəti daha çox çəkən statusları təqdim edirik.
Elçin Cəlilov (futbolpress.az saytının baş readaktoru): “Dünəndən ən müxtəlif formada problemli nahiyələri bir neçə məqalədə göstərməyə çalışdıq. Bütün bunların yekunu kimi isə fikrim budu: problemlər AFFA-dan qaynaqlanır. Hər şey ordan başlayır və ya hər şeyə ordan başlamaq lazımdı”.
Naqif Həmzəyev (Milli Məslisin deputatı): “AFFA ümidləri doğrulda bilmir... “Kəpəz”in qarğışı tutub”.
Vüsal Mahmudov (futbolinfo.az saytının baş redaktoru): “Futbolçuları qınamayın, rəqabət olmayan yerdə özünü as hesab edənlər elə bu cür oynamalıydı. 13 ildi AFFA-ya rəhbərlik edən ünsürlər normal işləsəydi, indi 20-25 yaşında yüzlərlə istedadımız olmalıydı. Bunlar isə dağıstanlı gətirdi, türkiyəli “milliləşdirdi”, uşaq futboluna yatırılmalı olan pulları basıb yedilər. Nə əkiblər, onu da biçirik. Mahir başından böyük qələt edib, qırmızı vərəqə aldı. Amma Lüksemburqu hətta 10 nəfərlə də yenməliydik. Guya 11 nəfər olarkən nə edirdik? Rəqib qapımıza oturmuşdu. Detalları boş verin, sistem zibildi. 13 ildi heç bir iş görməyənlər indi yaratdıqları zibilliyin üfunətində boğulmalıdı”.
Rəşad Ergün (komanda. az saytının baş redaktoru): “Xalqın puluyla stadion tikməklə, neftin hesabına UEFA-nın keçirdiyi yarışlara sponsorluq edib Bakıda Avroliqanın final oyununu təşkil etməklə deyil. Bunlar üçün xüsusi bacarıq tələb olunmur, başqa sahələrdəki oğrular kimi xalqdan oğurlayıb, nəsə tədbir-filan keçirib öz adına çıxırsan, olursan oğru dünyasının hörmətli oğlanı. Rövnəq Abdullayev, Elşad Nəsirov, Elxan Məmmədov və Rauf Əliyev 2004-cü ildən bəri yedikləri pulların hesabını verməlidi. Milyardlarla pullar hara, nəyə xərclənib? Azərbaycan milli komandası beynəlxalq yarışlarda oyuna çıxanda Azərbaycanda Lüksemburq adlı ölkəni tanıyan yox idi. İndi gəlib Azərbaycanın paytaxtında Azərbaycan futbolunun şərəfiylə oynayırlar. De Byazi belə gəldi, Mahir Emreli elə etdi... Siz də qurtarın bu cür boş müzakirələri, hörmətli jurnalistlər. 20 ildi eyni şeyləri yazırsız - filan məşqçi gəlsə, filan futbolçu ehtiyatda qalmasa... Ələ salınmaq bu qədər xoşunuza gəlir? Gözünüzün önündə nələr baş verdiyini görmürsüz? Bu komandadı? Bu futboldu? Futbolu oynaya bilmək üçün futbolçu lazımdı. O da yoxdu, yetişməyib. Yetişməsi üçün lazım olan pullar oğurlanıb, az qismi də düşük-düşük layihələrə, tədbirlərə xərclənib. Sanki ortada futbol varmış kimi müzakirə açmayın, yetər artıq!”
Kənan Məstəliyev (rekord.az saytının baş redaktoru): “Və Maksim Medvedev haqda. Futbolçuluğuna sözüm yoxdu. Uzun illərdi Azərbaycanın ən yaxşı müdafiəçiləri sırasındadı, avrokuboklarda böyük matçlar və qələbələrin iştirakçısı, bəzi vacib qolların da müəllifi olub. Buna görə vaxtında hər cür tərifi haqq edib. Amma bu adamdan kollektivə lider olmayacağını özü daxil hər kəs bilir. Hələ "Sileks"lə matçdan sonra yazmışdım ki, Maks kapitan sarğısı daşıya bilər, amma Rəşad Sadıqovdan sonra boşalan liderlik vəzifəsində otura bilməz. Hətta Bədavi Hüseynov belə bu baxımdan ondan bir addım öndədi. Odu ki, dünənki "ehehe" söhbəti məni heç təəccübləndirmədi. Səhv bizdədi ki, ondan nəsə gözləyir(d)ik”.
Erkin İbrahimov (futbol agenti): “Bir futbolçu ki oyuna çıxanda hakim çağırıb desin ki, əlindəkini çıxar, o da etiraz etsin. Adam 10 ildi futbol oynayır, hələ də sadə qaydalardan xəbərsizdi... Heç yarım saat keçməmiş isə hakim özünü qovdu. Futbolda xırda detallar olmur. Mahir Emreli isə 37 yaşına kimi elə Azərbaycan çempionatında qalacaq!”
Anar Şabanoğlu (köşə yazarı): “Ramiz Mehdiyev kimi nəhəngi aşırdılar, Elxan Məmmədova 13 ildi bata bilmirlər”.
RƏŞAD hazırladı

Oxşar xəbərlər
SON XƏBƏRLƏR