Sizin reklam burada

Türk jurnalist Musleranın yoxluğunu üstünlük sayır

Baxış Sayı:569


Altan Tanrıkulu: “Neftçi”nin xeyrinə olan məqam “Cim-Bom”un sevmədiyi sərt futbol nümayiş etdirməsidi”
Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi”nin Bakıda “Qalatasaray”ı sınağa çəkəcəyi böyük səs-küyə səbəb oldu. Həm ölkə, həm də Türkiyə mediasında bu qarşılaşma indidən ajiotaj yaradıb. İllərdi Avropada uğurlu nəticələrinə görə azarkeşlik etdiyimiz Türkiyə komandalarından birinin Azərbaycanın ən köklü klubu ilə dueli, əlbəttə, böyük hadisədi. Nəticə necə olur-olsun, “Neftçi”nin “Qalatasaray”ı qəbul etməsi türk dünyasında imicinə müsbət edəcək. Elə indidən qardaş ölkə mətbuatında tirajlanan xəbərlərə görə, bəzi Türkiyə klubları “ağ-qaralar”ın iki futbolçusu ilə yaxından maraqlanır. Bu da yuxarıda dediyimiz fikrin əyani sübutudu.
Püşkatmadan dərhal sonra Türkiyə mediasında “Neftçi” ilə bağlı xəbərlər, sərlövhələr görməmək mümkün deyildi. Həmkarlarımız flaqmanı təhlil edir, futbolçuları fərdi olaraq dəyərləndirirlər. Görəsən, “Qalatasaray”da vəziyyət necədi? “Aslanlar”ın “Neftçi” ilə oyunda uduzmaq ehtimalı varmı? Məsələ ilə bağlı məşhur türkiyəli idman yazarı Altan Tanrıkuluya müraciət etdik. Futboo.com saytının baş redaktoru və köşə yazarı olan həmkarımız bunları dedi:
“Qalatasaray” Avropada fırtına kimi əsdiyi dövrdə belə təsnifat mərhələrində zəif rəqiblərə qarşı oynaya bilmirdi. “Aslan”ın “Neftçi” qarşısında ən böyük silahı Əmrə Kılınc – Dianye ikilisidi. Hər iki futbolçu əla formadadı. Musleranın yoxluğu “Neftçi” üçün üstünlükdü. Yenə də cüzi fərqlə “Qalatasaray”ı üstün hesab edirəm. “Neftçi”nin xeyrinə olan məqam “Cim-Bom”un sevmədiyi sərt futbol nümayiş etdirməsidi. Əlavə olaraq Azərbaycan premyer-liqasının başlaması və 1-ci təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisini məğlub etməsi komandanız üçün böyük üstünlükdü. “Neftçi” əsas oyunlarda qələbə qazanmağı bacarır. Buna baxmayaraq, hər iki komandaya uğurlar arzulayıram”.
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR