AFFA ilə “Kiğılı” kişi geyim brendi arasında tərəfdaşlıq müqaviləsinin imzalanması barədə razılığa gəlinib. 2022-ci ilin sonuna qədər olan dövrü əhatə edəcək müqavilə əsasında milli komandanın üzvləri “Kiğılı” brendinə məxsus kostyumlarla təmin olunacaqlar. COVID-19 pandemiyasına görə tətbiq olunan xüsusi karantin rejimi ilə bağlı imzalanma mərasiminin qarşıdakı həftələrdə keçirilməsi nəzərdə tutulub.
“Kiğılı” şirkəti 1938-ci ildə parça satmaq məqsədi ilə qurulub və 1965-də ilk geyim satış mağazasını həmin dövrün ən məşhur alış-veriş mərkəzlərindən olan İstanbulun İstiqlal küçəsində açıb. Qısa zamanda Türkiyənin ən öndə gedən geyim markalarından birinə çevrilən “Kiğılı” ölkə xaricində də fəaliyyətini uğurla davam etdirir.