Sizin reklam burada

AAB yığmaya görə bir araya gələcək

Baxış Sayı:624

AAB yığmaya görə bir araya gələcək

Millətlər Liqasında yeni mövsümə start verilib. Bu turnirdə yarışacaq yığmamız ilk turda bu gün Lüksemburqla qarşılaşacaq. Üç gün sonra isə Cənubi Kiprin qonağı olacağıq.
Bilindiyi kimi, oyunlar koronavirus üzündən azarkeşsiz keçirilir. Bəs millisevərlər hansı nəticəni gözləyir? Onlar stadiondan kənarda dəstək verə biləcəklər? Azərbaycan Azarkeşlər Birliyinin (AAB) yaradıcısı Atanur Cəfərli məsələ ilə bağlı bunları söylədi: "İlk növbədə onu qeyd etməliyəm ki, millidən hər zaman yaxşı nəticələr gözləyirik. Azarkeş olaraq həmişə ümidliyik. Nəzərə alsaq ki, rəqib Lüksemburq millisidi və öz meydanımızda oynayacağıq, daha çox ümid edirik. Düzdü, azarkeş dəstəyi olmayacaq, baş məşqçimiz yeni olsa da, futbolçular pandemiya dövründən çıxsalar da, Lüksemburqla oyunda qələbə gözləyirik. Cənubi Kiprlə görüş isə nisbətən çətin olacaq. Həm millimiz üçün səfər oyunu olacaq, həm də Cənubi Kipr daha çətin rəqibdi. Yenə də bu oyundan ən azı 1 xalla ayrılmalıyıq.
Məlum səbəblər üzündən stadiondan dəstək ola bilmirik, amma biz "Sosial məsafədən dəstək" adlı kampaniya başlatdıq. Düşündük ki, stadiondan səsimizi çatdıra bilmiriksə, bunu video şəklində edək. Bu istəyimizi reallaşdıraraq, AFFA-nın vasitəsilə futbolçuların düşərgəsinə göndərmişik. İstənilən azarkeş dəstək videosunu bizə göndərdi, biz də o görüntüləri yığdıq və federasiya vasitəsilə düşərgəyə göndərdik. Futbolçular həm isinmə hərəkətləri zamanı, həm də oyundan əvvəl bu görüntüləri izləyəcəklər. İnanıram ki, stadiona gedə bilməsək də, ən azı bu şəkildə milli komandaya dəstək verə biləcəyik. Bildiyiniz kimi, kütləvi toplaşmağa icazə yoxdu, sadəcə, kiçik qruplar şəklində oyunu izləmək istəyirik. Qruplara bölünərək, ya evdə, ya da hansısa məkanda istəyimizi reallaşdıracağıq".
AYGÜL

Oxşar xəbərlər
SON XƏBƏRLƏR