Sizin reklam burada

“Neftçi” daha bir utandırıcı hadisəni tariximizə yaza bilər”

Müəllif: football Tarix: 5-09-2020, 17:19 684 Baxış

Çakır “Qalatasaray”a xəbərdarlıq etdi
Türkiyənin tanınmış futbol yazarı Ahmet Çakır Avropa Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Qalatasaray” oyununu dəyərləndirib. Ölkə təmsilçilərinin rəqiblərinə yuxarıdan aşağı baxmasına toxunan Çakır “Qalatasaray”ı diqqətli olmağa çağırıb: “Müasir futbolda heç kimin rəqibi alçaltmaq şansı yoxdu. Üstəlik, yaxın keçmişdə “Ostersun” biabırçılığı və ondan bir qədər əvvəl “Tromse” faciəsi yaşandığı halda, hansı rəqibə saymazlıq etmək olar? “Neftçi” epidemiya sonrasında “Cim-Bom”un çöküşünü başladan “Rizəspor”un etdiyini təkrarlaya bilər. Qarşılaşmanın ilk 15 dəqiqəsindəki sərtliyə hakimin göz yumması “Qalatasaray"ın “Neftçi” önündə də dağılmasına gətirib çıxara bilər. Bundan başqa, uzun illər öncə “sarı-qırmızılar” heç kimin gözləmədiyi halda “Mançester Yunayted” kimi nəhəng klubu mübarizədən kənarlaşdırıbsa, “Neftçi” də bunu edə bilər. Bunların hamısı əvvəlcədən düşünülüb tədbir alınmış kimi göstərilsə, futbolçular oynayırmış kimi edib, qələbəyə əmin olsa, “Neftçi” daha bir utandırıcı hadisəni tariximizə yaza bilər. Rəqibin bu cür uğurlara ac olması onlar üçün böyük motivasiya olacaq. “Qarabağ”ın nailiyyətlərindən bir az geri qalan “Neftçi” də belə motivasiya ilə meydana çıxacaq. “Qalatasaray” tam hazır olmadığından, onların istəyi reallaşa bilər”.
SON XƏBƏRLƏR