Sizin reklam burada

Dünən sağalanlar yoluxanlardan çox oldu

Baxış Sayı:588


Nazirlər Kabineti yanında Operativ Qərargah son iki gündə ölkədəki epidemioloji durumla bağlı növbəti rəqəmləri açıqlayıb. Srağagün Azərbaycanda koronavirus infeksiyasına 167 yeni yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Təəssüf ki, COVID-19 analizləri müsbət şıxmış 3 həmvətənimiz vəfat edib. Sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə bağlı 6869 test aparılıb.
Dünən isə Azərbaycanda koronavirusa 132 yeni yoluxma qeydə alınıb, 155 nəfər evə buraxılıb. Yəni son günlər ərzində ilk dəfə sağalanların sayı yoluxanlardan çox olub. Amma daha 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 37031 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyənləşib, onlardan 34419-u sağalıb, 543-ü vəfat edib, aktiv xəstə sayı 2069 nəfərdi. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə bağlı 7048, ötən müddət ərzində isə ümumilikdə 949313 test aparılıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR