Sizin reklam burada

“Molde”nin baş məşqçisindən sübut əvəzi açıqlama

Baxış Sayı:712


“Görüşün neytral meydanda keçirilməsi bizim üçün müsbət məqamdı”
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Molde”nin baş məşqçisi Erlinq Mo açıqlama verib. Yerli itromso.no saytına danışan 50 yaşlı mütəxəssis qarşılaşmanın neytral meydanda keçirilməsinin tərəfdarıdı. Təcrübəli mütəxəssisin “...bərabər şərtlər altında olacağıq” ifadəsi bu məsələdə manipulyasiyaya əl atdıqlarının açıq-aşkar sübutudu: “Məncə, “Qarabağ”la oyun neytral meydanda keçiriləcək və biz onda bərabər şərtlər altında olacağıq. Əlbəttə, görüşün neytral meydanda keçirilməsi bizim üçün müsbət məqamdı. Hər halda, evdən kənarda oynamaq rəqib üçün üstünlükdü”.
Bildiyiniz kimi, Azərbaycan çempionu mərhələ adlayacağı təqdirdə pley-offda “Dinamo” (Zaqreb) – “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə üzləşəcək. Xorvatiya təmsilçisinin baş məşqçisi Zoran Mamiç püşkün nəticəsindən razı qaldığını deyib: "Bəlkə kimlərsə, xüsusilə də azarkeşlərimiz "Srvena Zvezda" ilə düşməyimizi istəyirdilər. Amma indiki halda püşkün nəticəsi bizi qane edir. Hər şey öz əlimizdədi. Rumıniyada ÇFR-lə oyunda bəxtimiz gətirdi. Penalti seriyasından sonra mərhələ adlamaq həmişə xoşdu. Eyni zamanda çox gərgin anlar yaşadıq. Başa düşürük ki, artıq şans payımızdan istifadə etmişik. Çünki hələ qarşıda "Ferentsvaroş"la çətin oyunumuz var. Bizim üçün çox gərgin və qeyri-adi matç olacaq”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR