Sizin reklam burada

Rövşən Əhmədovun sənədi gəlib çıxdı

Müəllif: football Tarix: 4-09-2020, 21:54 717 Baxış

Məktəblər açılan kimi işə başlayacaq
Ötənlərin məşhur futbolçusu, Azərbaycan çempionu, kubokun qalibi, mövsümün bombardiri Rövşən Əhmədovun hazırkı durumundan hər kəs məlumatlıdı. Məşqçilik təhsili almadığına və vaxtında kimlərəsə yarınmağı bacarmadığına görə sevimli peşəsindən uzaq düşüb fəhləlik edən Əhmədov bu ilin yazında diqqət mərkəzinə düşmüşdü. “Kəpəz” rəsmilərinin pandemiyadan əziyyət çəkən ailələrə ərzaq sovqatı aparanda keçmiş futbolçunun da qapısını döyməsi və həmin anın görüntüsünün sosial şəbəkələrdə yayılması böyük səs-küyə səbəb olmuşdu.
Yayılan həmin təsirli şəkildən sonra millət vəkili, “Kəpəz”in Müşahidə Şurasının üzvü Müşfiq Cəfərov veteranla əlaqə saxlayıb, onu işlə təmin edəcəyini demişdi. Apreldən bu yana həmin telefon danışığının üstündən 4 ay keçsə də, Əhmədov hələ də işləmir, evində oturub zəng gözləyir.
Dünən yenidən özü ilə əlaqə saxladıq. Məlum oldu ki, məşqçilik kateqoriyası olmayan Rövşən bəy “Təhsil” idman məktəbində işləmək üçün AGİN-dən ona verilən “idman ustası” dərəcəsini təqdim etməlidi. Həmin sənədin gəlməsi xeyli vaxt idi düyünə düşmüşdü. Artıq məsələ həllini tapıb. “İdman ustası” Əhmədovun əlindədi. Müşfiq Cəfərov da arada zəng edib maraqlanır, səbirli olmağı məsləhət görür, yaxın günlərdə “Təhsil”in rəhbəri ilə görüş təşkil edəcəyini bildirir. Sərtləşdirilmiş karantin rejimi aradan götürülən, yəni məktəblər açılan kimi sabiq “11 nömrə” məşqçi-müəllimliyə başlayacaq. Hər halda, ona belə deyiblər.
HƏBİB
SON XƏBƏRLƏR