Sizin reklam burada

PFL klublara ilk 7 turun oyun cədvəlini göndərib

Baxış Sayı:655


Elgiz Abbasov: “Bir işi iki dəfə görməmək üçün belə addıma əl atdıq”
PFL premyer-liqanın tam təqvimini hələ də açıqlamayıb. Düzdü, qurumun sözçüsü Aslan Şahgəldiyev ötən sayımıza açıqlamasında bildirmişdi ki, avrokubokların püşkatmasından sonra bu boşluq aradan qaldırılacaq. O, bunun sentyabrın 1-i və ya 2-ə baş verəcəyini demişdi. Vaxt-vədə yetişdi, amma PFL yenə də 2020/21 mövsümünün təqvimini açıqlamadı.
Səbəb nədi? Mövsümün tam təqvimini açıqlamaq bu qədər çətin prosesdi? PFL-in Texniki İdman Şöbəsinin rəhbəri Elgiz Abbasovu dinləyək: “Ötən il də eyni hal baş vermişdi. İlk üç turun oyunlarını açıqladıqdan sonra bütöv təqvimi ictimaiyyətə təqdim etmişdik. Bu da bəhrəsini vermişdi. Belə ki, mövsüm ərzində hansısa dəyişikliklər etməmişdik. Hətta başqa ölkələrin PFL nümayəndələri bizdən bunu necə bacardığımızı soruşmuşdular. Çünki həmin liqaların təmsilçiləri də avrokuboklarda iştirak edirlər və mövsüm ərzində çox çətinliklə təqvimdə dəyişikliklər edirlər. Bu səbəbdən də eyni prosesə sadiq qaldıq.
Əslində püşkatmadan sonra klublara ilk 7 turun cədvəlini təqdim etmişdik. Hansı rəqiblə qarşılaşacaqlarını əvvəlcədən bilirlər. Onlara uyğun hazırlıq keçirlər. Sadəcə, oyun gününü və saatını bilmirlər. Ki, buna da ehtiyac yoxdu. Bir daha qeyd edim ki, klublara ilk 7 turun oyun cədvəlini göndərmişik. Püşkatmadan 2 saat sonra hamısına özüm bu məlumatı çatdırmışam. Sadəcə, avrokuboklarda “Qarabağ” və “Neftçi”nin mübarizəni davam etdirməsi, hər ikisinin mərhələ keçmək şanslarının yüksək olması təqvimin gec açıqlanmasına səbəb oldu. Əsas məsələ də burasındadı ki, bir işi iki dəfə görməmək üçün belə addıma əl atdıq. Yayın məsələsində və hakim təyinatlarında problem yaşanmasın deyə, indidən bütöv təqvimi açıqlamamaq qərarına gəldik. Bunu PFL rəhbərliyi olaraq müzakirə edərək qəbul etmişik”.
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR