Sizin reklam burada

“Əsədoğlu Group MMC” “Avey”in sponsoru oldu

Müəllif: football Tarix: 4-09-2020, 21:48 485 Baxış

Klub yeni loqosunu təqdim etdi
Xəbər verdiyimiz kimi, Ağstafanın “Avey” klubu fəaliyyətini bərpa edib. Bölgə təmsilçisi yeni mövsümdən Region Liqasında çıxış edəcək. Klub rəsmiləri dünən AFFA-da keçirilən görüşdə bununla bağlı razılıq əldə ediblər. “Avey” tərəfi assosiasiya nümayəndələrini inandırıb ki, klub maliyyə problemi ilə üzləməyəcək, iddialı komanda olacaq. Bölkə təmsilçisinin əsas məqsədi Region Liqasında bir müddət çıxış etdikdən sonra 1-ci divizion və premyer-liqada iştirak etmək olacaq.
Komandanın yüksək hədəflər müəyyənləşdirməsi səbəbsiz deyil. Belə ki, kluba “Əsədoğlu Group MMC” sponsorluq edəcək. Şirkətin direktoru Vüqar Kərimov həm də “Avey”in prezidenti olacaq. “Əsədoğlu Group MMC” Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürən şirkətlərdən biridi. Rəhbərlik pandemiya ilə mübarizə üçün 5000 manat ayırmışdı. Klubun yeni loqosu da hazırdı. Emblemdə Avey dağı üzərində dayanan bozqurd əks olunub. Loqoya nəzər yetirdikdə “Qəbələ”nin emblemini xatırlayırıq. İş konkret plagiat olmasa da, bənzərlik hiss olunur. Komandanın rəngləri ağ və qırmızı olacaq.
“Avey” artıq heyəti də formalaşdırmağa başlayıb. Komandaya seçimlərdə yerli futbolçulara üstünlük veriləcək. Əldə etdiyimiz məlumata görə, ötən il “Kəpəz”də forma geyən Cavid Qurbanov “Avey”in diqqət mərkəzindədi. Ağstafa təmsilçisi qolkiperin xidmətində maraqlıdı. 17 yaşlı Qurbanov isə Region Liqasında çıxış edən komandada oynamaq niyətində deyil. Klub prezidenti Vüqar Kərimovla Cavidin atası İntizar Qurbanovun görüşündən sonra keçidin baş tutub-tutmayacağı bəlli olacaq. Xatırladaq ki, gənc qapıçı bir müddət əvvəl “Səbail”in düşərgəsində baxışda olsa da, sonradan premyer-liqa təmsilçisi ona ehtiyac duymamışdı.
İLKİN SULTANLI
SON XƏBƏRLƏR