Sizin reklam burada

Ramin Musayev nə vaxt PFL prezidenti seçiləcək?

Baxış Sayı:276

Ramin Musayev nə vaxt PFL prezidenti seçiləcək?


Yaxın günlərdə PFL prezidenti postuna seçki keçiriləcək. Bu dəfə də əsas namizəd Ramin Musayevdi. O, seçkidə başqa namizədin də olacağının siqnalını versə də, konkret ad açıqlamayıb.

Detallara aydınlıq gətirmək üçün qurumun mətbuat katibi Aslan Şahgəldiyevlə əlaqə saxladıq:

"Ramin Musayev açıqlamasında bildirib ki, indiyədək namizəd yoxdu, amma ola bilər ki, seçki gününə qədər kimsə olsun. Hazırda Ramin müəllimdən başqa namizəd yoxdu. Seçkinin tarixi ilə bağlı, çox güman, gələn həftə məlumat verə biləcəyik. Dəqiq tarix deyə bilməyəcəm, amma sentyabrın ortalarına planlaşdırılır. İnşallah, gələn həftə ərzində seçkiylə bağlı dəqiq tarix bilinəcək".


AYGÜL

Oxşar xəbərlər
SON XƏBƏRLƏR