Sizin reklam burada

“Keşlə”nin futbolçuları bəxtdən şikayətləndilər

Baxış Sayı:234

“Keşlə”nin futbolçuları bəxtdən şikayətləndilər


“Keşlə” Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Laçi”yə penalti seriyasında məğlub olaraq mübarizəni dayandırdı.

Oyundan dərhal sonra paytaxt təmsilçisinin futbolçuları, baş məşqçisi, prezidenti idman mediasında və sosial şəbəkələrdə tənqid atəşinə tutuldular. Hər kəs “Keşlə”nin bu rəqibi keçməli olduğunu bildirir, komandanı qeyri-peşəkarlıqda suçlayırdı. Bəs görəsən, paytaxt klubunun üzvləri məğlubiyyət haqda nə düşünürlər? Mərhələni keçməməyə nə səbəb olub? Bu və ya başqa sualları cavablamaları üçün “Keşlə”nin iki futbolçusun a müraciət etdik.

Vüsal İsgəndərli: "Üç gündü cavab tapa bilmirəm. Bir il əziyyət çəkib, buralara qədər gəldik. Mərhələ keçməyə bu qədər yaxın olasan, amma nəticədə kənarda qalasan. Düşünürəm ki, onlarla yenə qarşılaşsaq, uduzarıq. Çünki həmin rəqiblə oyunda şansımız gətirmirdi. Yenə eyni şey təkrarlana bilər. Həm də "Laçi" çox zəif komanda deyil. Oyundan əvvəl Yunis müəllim mənə güvənmişdi. Problem olmayacağı təqdirdə zərbə vuranlardan biri mən olacaqdım. Amma oyunun son dəqiqəsində əzələm dartıldı. Öz-özümə dedim ki, bəlkə mənim yerimə meydana çıxan futbolçu komandaya xeyir verə bilər? Yenə də xeyirlisi. Oyunçularımızın niyə özünə güvənmədiklərini deyə bilmərəm. Onu baş məşqçi özü araşdırar yəqin ki. Mən kapitanımıza təşəkkür edirəm. İlkin adı çəkilməsə də, topun arxasına keçdi. Zərbəni vurdu, amma alınmadı. Futboldan anlayışı olan Qırtımovu qınamamalıdı. Oyunboyu ən yaxşılardan idi, amma alınmadı. Bir penaltiyə görə oyunçunu silmək olmaz".

Tural Axundov: “Laçi” ilə matça yaxşı hazırlaşmışdıq. Oyunumuz da yaxşı alınırdı. Sadəcə, top qapıdan keçmək istəmirdi. Üç real şansımız oldu ki, istifadə edə bilmədik. Rəqibin yaxşı imkanları olmadı. Biz onlardan güclü idik. Top tora daxil olmurdu. Rəqib matç başlayandan penalti seriyasına getmək istəyirdi. Burda məsələ belədi ki, şanslı olmalısan. Udmaq və uduzmaq ehtimalı eynidi, bərabərdi. Çox heyf ki, turu keçə bilmədik. Buna görə çox məyusam. Çox istədik, amma alınmadı”.

İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR