UFC-nin sabiq çempionu Jorj Sen-Pyer bu qurumun onunla yüngül çəkidə dünya çempionu Xabib Nurmaqomedov arasında döyüşün təşkilində maraqlı olmasından şübhələnir:
“Hər bir döyüşün təşkilində üç tərəfin arzusu vacibdi – döyüşçülərin və promouşenin. UFC-nin bu döyüşün təşkilatçılığına üzərinə götürmək istədiyinə əmin deyiləm. 39 yaşım var. Səviyyəmi aşağı salmadan yüngül çəkiyə adlaya biləcəyimi düşünmürəm. Nurmaqomedov yüngül çəkidə döyüşür, ancaq yetərincə ağır görünür. Xabib cavandə və çəkisini yaxşıca dəyişə bilər”.
Xatırladaq ki, Nurmaqomedov sonuncu döyüşü ötən il sentyabrın 7-də amerikalı Dastin Poryeyə qarşı keçirib və titulunu qoruyub. Onun hesabında 28 döyüşə 28 qələbə var. Kanadalı isə sonuncu dəfə oktaqona 2017-nin noyabrında çıxıb.