Sizin reklam burada

“Tofiq Bəhramov”un qazonu dəyişdirilməyəcək

Baxış Sayı:859

“Tofiq Bəhramov”un qazonu dəyişdirilməyəcək


Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” turnirin 1-ci təsnifat mərhələsində “Sileks”i (4:0), 2-ci mərhələdə isə “Şerif”I (2:1) məğlub etdi.

Futbol+ xəbər verir ki, ağdamlılar növbəti mərhələyə vəsiqə qazansa da, oyunların keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionunun vəziyyəti qənaətbəxş deyil. Daha dəqiq desək, qazon sıradan çıxıb, ot saralıb. Bu da komandalar üçün çətinlik yaradır. Elə futbol ictimaiyyəti və azarkeşlər də haqlı olaraq qazonun vəziyyətindən şikayətlənirlər.

Bu səbəbdən stadion bir neçə gün əvvəl təmirə bağlanıb. Arenanın direktoru Şamil Quliyevlə əlaqə saxlayıb, işlərin axarı barədə məlumat öyrəndik:

“Artıq təmir işləri başlayıb. Bəzi işlər tamamlanıb. Əsas qazonla bağlı məsələdi. Qazon dəyişdirilməyəcək, buna ehtiyac da yoxdu. Sadəcə, mövsümlə bağlı saralmış, sıradan çıxmış yerlərə toxum əkəcəyik. Bu gün həmin yerlərə gübrə verdik, bu proses həyata keçirilərkən özüm də orda idim. Bütün işlər “Qarabağ” klubu tərəfindən həyata keçirilir”.


Stadion rəsmisi arenadakı işlərin yaxın günlərdə yekunlaşacağını bildirdi:

“Təmir işləri, qazonun bərpası təxminən 10 gün çəkəcək. Stadion Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi üçün tam hazır olacaq”.


AYGÜL

Oxşar xəbərlər
SON XƏBƏRLƏR