Sizin reklam burada

İdman ictimaiyyəti ikiyə bölünüb

Baxış Sayı:766

İdman ictimaiyyəti ikiyə bölünüb


ABŞ-da irqi zəmində yaşanan növbəti qalmaqal idman ictimaiyyətini ikiyə bölüb. Belə ki, əksəriyyət idmançıların polis zorakılığına və sosial ədalətsizliyə qarşı mübarizənin ön sıralarında durmalı olduğunu düşünsə də, idmançıların siyasi oyunlarda vasitəyə çevrilməli olmadığını deyənlər də var.

2019-da xanımı Kayli ilə birgə 1 yaşlı qaradərili qız Emersini övladlığa götürən “Karolina”nın müdafiəçisi Ceykob Slavin MHL oyunçularının irqçiliyə etirazını belə şərh edib:

“Yaşadığım dünya başqalaşıb və mən bu dəyişikliyi hiss edirəm. Əvvəllər dünyada nələrin baş verdiyini tam dərk etmirdim. İrqçiliyin mövcud olduğunu bilsəm də, köklərinin necə dərində olduğunu anlamırdım. Emersinin belə dünyada böyüməli olacağına dair fikirlə barışmaq ağırdı. Əlbəttə, biz dəyişikliklər istəyirik. Uzun yol qət etmək lazımdı. Bu mövzuda uzun-uzadı mülahizə yürüdə, fikirlərimi bölüşə bilərəm, ancaq dəyişikliklər qaçılmazdı. Bu üzdən MHL-in oyunları ləğv etmək qərarını alqışlayıram. Bu həmrəylik əlamətidi. Ancaq bir və ya bir neçə oyunu ləğv etməkdən daha çox iş görmək lazımdı”.


“Boston”un forvardı Bred Marşan da həyatda hokkeydən daha vacib şeylər olduğunu deyir:

“Hər kəsin öz fikri var. Ancaq tam aydındı ki, bu problem idmandan vacibdi. Bütün işləri bir kənara qoymaq lazımdı. İdman cəh-cəlal, dəbdəbə predmetidi. Dərisinin rəngindən asılı olmayaraq, adamların təhlükəsizliyi, həyatı, rahatlıq hissi – bütün bunlar idmandan vacibdi”.


UFC-nin yarımorta çəkidə sabiq müvəqqəti çempionu Kolbi Kovinqton isə ABŞ-ın bütün peşəkar liqalarını boykot qərarına görə sərt şəkildə tənqid edib:

“Oho, oyunlarınızı təxirə salırsız? Həqiqətən dəyişikliklər istədiyinizi deyirsiz? Onda milyonlardan və imtiyazlı həyatdan imtina edin. Uşaq oyunları oynamağı dayandırın, maaşınızda böyük ixtisara qərar verin və Amerikada ən ağır işləri görün. Polis olun”.


Bugünlərdə MHL-in “Florida”nın sabiq baş meneceri Deyl Tellonla bağlı təhqiqata başladığı açıqlanıb. “Panterz” Torontodakı kampusda olarkən klu funksionerinin irqi zəmində təhqir işlətdiyi güman olunur. Tellonun konkret nə dediyi məlum deyil.

Xatırladaq ki, 69 yaşlı menecer Stenli kubokunun təsnifat mərhələsində “Aylenders”ə uduzandan sonra “Florida”dan qovulub. Onun klubdan gedişinin irqi təhqirlə bağlı olmadığı bildirilir. Güman olunan insident yalnız bir neçə gün əvvəl MHL-in nəzərinə çatdırılıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR