Messi odla oynayır


Nəinki Avropa, hətta dünya futbol ictimaiyyəti artıq bir neçə gündü Lionel Messinin “Barselona”nı tərk etmək qərarına gəlməsi və bununla da doğma klubunu hər mənada çətin vəziyyətə salmasını müzakirə edir.

Futbol+ xəbər verir ki, dünya səviyyəli futbolçunun qərarı qətidi, yəni bu yay peşəkar karyerası boyunca daşıdığı göy-qırmızı formadan ayrılmaq istəyir. Qəzetimizin ötən saylarında Lioneli buna vadar edən bir çox səbəblərə toxunmuşuq. Bu üzdən son günlər onunla klubu arasında yaşananlara göz gəzdirəcəyik.

Bartomeudan ona rədd cavabı

“Barselona”nın prezidenti Xosep Bartomeu kapitan Messinin komandanı tərk etməsi üçün ona güzəştə getmək istəmir. İspaniya mənbələrinin yaydığı xəbərə görə, argentinalı hücumçu Bartomeu ilə görüşmək istəyib. Prezident isə bu təklifi qəbul etməyib. Klub Messinin görüş təklifinə 24 saat ərzində heç bir reaksiya verməyib. Rəhbərlik onun getmək istəməsinə müsbət yanaşmır. Kataloniya klubunun idarə heyətinin 33 yaşlı oyunçu ilə ayrılıq məsələlərini müzakirə etmək yox, yalnız yeni müqavilə bağlamaq üçün bir araya gələcəyi bildirilib. Xəbərlərdə o da qeyd olunub ki, Lionel azarkeşlərə hörmət edərək komandadan münaqişə ilə ayrılmaq istəmir. Rəhbərlik onu yalnız müqavilədə qeyd olunmuş 700 milyon avroluq təzminatın ödəniləcəyi təqdirdə satmağa razıdı. Qeyd edək ki. Lionelin “Barselona” ilə müqaviləsinin müddəti 2021-ci ilin yayında sona çatacaq. O, rəhbərliyin son illərdəki fəaliyyətindən narazı olduğu üçün sözləşməyə xitam vermək niyyətindədir. Messinin müqaviləsində əməkdaşlığı birtərəfli qaydada pozmağa imkan verən bənd var. Lakin o, bundan mayın 31-nə qədər yararlana bilərdi ki, bunu etmədiyindən hələ də İspaniya klubuna məxsusdu. Başqa sözlə, ulduz futbolçu odla oynayır.

Bazaya gəlmədi

Hələ şənbə günü Messinin həftəsonu klubun bazasında olmayacağına aydınlıq gəlib. Argentinalı koronavirus testi də daxil olmaqla, tibbi müayinə üçün bazaya getməyəcəyini bildirib. O, komandadan ayrılmaq istədiyini bu şəkildə büruzə verib. Qeyd edək ki, “Barselona” artıq dünəndən yeni mövsümün hazırlıqları üçün məşqləri bərpa edib. Kapitan isə sözünün üstündə duraraq bazaya getməyib. “Mundo Deportivo” qəzetinin xəbərinə görə, komandanın bütün futbolçuları test nümunələri götürülməsi üçün bazar günü yerli vaxtla 08.00 – 12.00 aralığında klubun bazasında olmalı idi. Argentinalı hücumçu saat 10.15-dək testdən keçməli olsa da, bazada görünməyib.

Lionelə gündəlik cəza

Belə vəziyyətdə rəhbərlik qanuni hüquqlarından yararlanmağı vacib sayıb. “Barselona” mövsüm ərəfəsində nəzərdə tutulan təlim-məşq toplanışına qatılmayacağı halda Messiyə qarşı intizam tədbirləri görəcək. Bu barədə italiyalı jurnalist Tankredi Palmeri özünün “tvitter” hesabında yazıb. O, klub rəhbərliyinin argentinalı hücumçunun komandadan kənarda olduğu hər gün üçün maaşının kəsilməsinə qərar verdiyini yazıb. Tanınmış jurnalist Lionelin “Barselona”da bir günə 110 min avro qazandığını da xatırladıb.

Qvardiola onunla görüşüb

Messinin karyerasını “Mançester Siti”də davam etdirmək istəməsi hamıya bəllidi. Artıq qarşı tərəf də onun bu istəyinə müsbət cavab verməyə çalışır. Bilindiyi kimi, İngiltərə klubu bu il UEFA-nın “maliyyə feyr-pleyi” qaydalarını pozduğu üçün avrokuboklardan iki mövsümlük kənarlaşdırılmışdı. Doğrudu, MS rəhbərliyi bu cəzadan İdman Arbitraj Məhkəməsinə şikayət etməklə qurtulmuşdu. “Şəhərlilər” Lioneli sıralarında görmək istəyirlər. Ancaq UEFA-nın növbəti sanksiyasından qaçmaq üçün variantlar axtarmağa da məcburdular.
Onların baş məşqçisi Xosep Qvardiola bugünlərdə Lionellə görüşmək üçün Barselonaya gedib. 49 yaşlı mütəxəssis ulduz futbolçunu komandasında görməyi çox istəyir. Buna görə də onunla transfer məsələlərini müzakirə etmək üçün görüş təyin edib.

MS və PSJ daha şanslıdı

Bir çox mənbələr Messini PSJ və “İnter”in də heyətinə qatmaq niyyətində olduğunu iddia edir. Amma bu klubların maliyyə imkanları arasında böyük fərq var. Lionelin atası ilə birlikdə “İnter”in təmsil etdiyi Milan şəhərində villa alması çoxsaylı şayiələrə yol açmışdı. Lakin ekspertlərin ümumi fikrinə görə, İtaliya klubu belə mürəkkəb transfer əməliyyatını həyata keçirmək iqtidarında deyil. MS kimi, PSJ-nin maliyyə vəziyyəti isə tam başqadı. Fransa klubunun rəhbərliyi “Barselona”dan istənilən halda ayrılacağı gözlənilən argentinalını transfer etmək istədiyini təsdiqləyib. Bunu “Diario Sport” portalı xəbər verir. Bu mənbəyə inansaq, PSJ-nin ərəb başbilənləri hücumçunun keçidinin komanda üçün vacib olduğunu düşünürlər. Onlar Messinin Parisə gələcəyi təqdirdə Neymar və Kilian Mbappenin tərəddüd etmədən müqavilələrini yeniləməyə razı olacaqlarına inanırlar.

Neymar Parisdə qalır

Yeri gəlmişkən, son günlər hətta Neymar 2013-17-ci illərdə “Barselona”da birgə çıxış etdiyi Messi naminə MS-nin formasını geymək ehtimalı ilə bağlı xəbərlərə səbəbkar olub. Deyilənə görə, Lionel braziliyalı hücumçu ilə yenidən bir komandada top qovmaq istəyir. Lakin Neymar klubdakı gələcəyi haqda danışarkən karyerasına Paris klubunda davam etmək istədiyini deyib: “PSJ-də qalıram. Çempionlar Liqasının qalibi olmaq üçün yenidən finala çıxmaq istəyirəm. Klub tarixinə düşmək niyyətindəyəm. Bu düşüncə mənə motivasiya verir. Əsas fikrim komandamla birgə ÇL-in qalibi olmaqdı. Şəxsi mükafatlarla maraqlanmıram. Çünki yalnız kollektivlə çatmaq istədiyim hədəflər var. Komandaya gəldiyim ilk gündən bütün gücümü ortaya qoymuşam. Həmişə özümü meydanda tam göstərməyə çalışmışam. Ötən yay çətin bir dövrdən keçdim. Amma özümə həvəsdən düşməyə icazə vermədim. Yaşıl meydanlara qayıdanda nə ilə qarşılaşacağımı bilirdim. Lakin daha yaxşısını görmək üçün uyğunlaşmağa çalışdım. Bundan sonra hər şey düzgün istiqamətdə getməyə başladı. Ümid edirəm ki, PSJ klub kimi daha da böyüməyə davam edəcək. Qazana bilmədiyimiz kubokları əldə etmək istəyirik. Bu, futbol tarixinə düşməyimiz üçün yaxşı şərait yaradacaq”.

Sitat

Maksimiliano Byankuççi, Lionel Messinin əmisi oğlu: “Barselona”da xoşbəxt olsaydı, orda qalardı. Artıq orada özünü yaxşı hiss etmir və yeni bir klub tapmaq istəyir. Bu, onun haqqıdı. Messini yaxşı oynayan komandada görmək istəyərdim. Seçimlərdən ən yaxşısı “Mançester Siti” olacaq. Digər variant isə PSJ-di, amma gözləməliyik. Leo hara getməsindən asılı olmayaraq, xoşbəxt olacaq”.

Son xəbərlər

MOİK-dən ardıcıl 2 qol - YENİLƏNİR+CANLI

Dünən, amma 56 il əvvəl...

''Fənərbaxça'' qalib gəlsə də, bir oyunçusunu itirdi

1-ci divizionda 13-cü turun oyun cədvəli bəllidi

"Şamaxı" Qazaxıstan klubu ilə qarşılaşacaq

Polşa 36 illik fasilədən sonra

“Qarabağ”dan xal almaq çətin olsa da, öhdəsindən gələ bildik” - “Zirə”nin müdafiəçisi

Şçensnı mərci uduzsa da, Messiyə pul verməyib

''Qalatasaray'' ''Santyaqo Bernabeu kuboku''na dəvət alacaq

“Zirə”nin yeni transferi niyə məyusdu? – AÇIQLAMA

İngiltərə millisinin sabiq üzvündən etiraz: “VAR belə şeylər üçün tətbiq olunmur”

Dünya çempionatının tarixinə düşəcək

Matçdan dərhal sonra xəstəxanaya aparıldı

Daha bir Azərbaycan klubu fəaliyyətini dayandırır

Avropa Voleybol Konfederasiyasının rəsmi saytı Azərbaycan klubu haqda məqalə hazırladı

"Araz Naxçıvan"a danışılmış oyunlarla bağlı seminar keçirildi

UEFA "Qarabağ"a koronavirusa görə ödəniş etdi

Milli Gürcüstana yollandı

Messinin seriyası qırıldı

De Byazi Azərbaycan millisindən ayrılır? - AFFA-dan rəsmi açıqlama

Meksika 21-ci əsrin antirekorduna imza atdı

Canni de Byazi Azərbaycan millisindən ayrılır? - İDDİA

1/8 finalın daha 4 komandası bəlli olur - YENİLƏNİR

Van Qal onun parlaq gələcəyini görür

1/8 finalın daha 2 cütü müəyyənləşdi

Məşhur meyxanaçılar "Neftçi" - "Qarabağ" matçına aid qafiyə açıb deyişdilər

Avstraliya 1/8 finala belə yüksəldi - VİDEO

Tunisdən sensasiya - VİDEO

"Zaqatala"dan səfər qələbəsi - VİDEO

Futzal Federasiyası Alesioya son şans verib

Mircavadov Abdullayevin yığmaya gəlişinin faydalı olacağını düşünür

"Qarabağ-2" "Sumqayıt-2"ni belə məğlub etdi - VİDEO

"Turan Tovuz-2" "Neftçi-2" matçında 5 qol - VİDEO

Alimidən yubiley

"Kəpəz-2"dən böyükhesablı qələbə - VİDEO

"Qəbələ"nin zədəlilərinin durumu

"Azərreyl" növbəti mərhələdə

Siyasət Əsgərov Millətlər Liqasında uğurlu çıxışa ümid edir

“Şamaxı” dövlətin ayırdığı 3 milyon manatı nəyə xərcləyir? - MÜSAHİBƏ

“Neftçi”ni əvəz edən Emin Mahmudov - KÖŞƏ

Tennis üzrə ölkə kuboku keçiriləcək

Məşqdə huşunu itirən 22 yaşlı futbolçu dünyasını dəyişdi

Karate federasiyasında yeni təyinat

Kikboksinq üzrə Azərbaycan Kubokunun başlama vaxtı bilindi

Ronaldo Səudiyyə Ərəbistanı klubuna keçməyə yaxındı

Bütün xəbərlər