Futzal üzrə milli komandada baş məşqçi dəyişikliyi olmayacaq.
Futbol+ xəbər verir ki, federasiya Joze Alesio da Silva ilə yola davam edəcək. Braziliyalı mütəxəssislə birillik yeni müqavilə imzalanıb. Bu məlumatı qəzetimizə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov verdi. O, mütəxəssisin gələn il mayın sonlarına kimi işinə davam edəcəyini bildirdi:
“Joze Alesio ilə yeni müqavilə imzaladıq. Braziliyalı mütəxəssis həm də “Araz”ın baş məşqçisidi. Oradakı işinə də davam edəcək. Bu səbəbdən də Alesio mövsümün sonuna kimi həm millidə, həm də “Araz”da çalışacaq”.
İLKİN SULTANLI