Sizin reklam burada

Millimizin üzvü komandasından ayrılır

Baxış Sayı:407

Millimizin üzvü komandasından ayrılır

Milli komandamızın üzvü Əli Babayev problemlə üzləşib. Petah-Rikva “Makkabi”sinin yarımmüdafiəçisi komandasından ayrıla bilər.

Futbol+ xəbər verir ki, bunun səbəbi klubla Əli arasında maliyyə problemlərinin yaşanmasıdı. Belə ki, Tekva təmsilçisi onun maaşını 40 faiz azaltmaq niyyətindədi. Bu şərtlə razılaşmayan futbolçu komandanın məşqlərinə qoşulmur. Yarımmüdafiəçi bu səbəbdən İsrail çempionatının ilk turunda “Makkabi”ylə (Təl-Əviv) baş tutan matda “18-lik”də belə yer almayıb.

Məsələ ilə bağlı Əli Babayevlə əlaqə saxladıq. Yığma üzvü qəzetimizə açıqlamasında bu problemə görə komandadan ayrılmaq istədiyini açıqladı:

“Müqaviləmdəki şərtlərə əməl etmək istəmirlər. Mənə dedilər ki, maaşının 40 faizini azaldırıq. Bunu qəbul etmədim. Bu səbəbdən də ilk turun oyununda meydanda olmadım. Pulumu kəssələr, bu proses də belə davam edəcək. Yəni hələ ki meydana çıxmayacam”.


İsrail əsilli azərbaycanlı yeni komanda axtarışında olduğunu da bildirdi:

“Bu şərtlərlə burda qalmağın mənası yoxdu. Menecerlərimə demişəm, yeni komanda axtarsınlar. Çox böyük ehtimalla “transfer pəncərəsi” bağlanana kimi məsələ həllini tapar. Hələ ki konkret ad yoxdu”.


İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR