Sizin reklam burada

"Arsenal" - "Liverpul" matçı ilə bağlı maraqlı faktlar

Baxış Sayı:961

"Arsenal" - "Liverpul" matçı ilə bağlı maraqlı faktlar


Avqust və “Uembli” Mikel Arteta üçün uğur ayı və yeridi. Avqustun ilk günündə ölkənin əsas arenasında İngiltərə kubokunu qazanan ispan 29-da da Superkuboku götürdü.

Futbol+ xəbər verir ki, “Arsenal” ilk qəniməti daha çox Obameyanqın fərdi ustalığı sayəsində qazanmışdısa, ikincisi komanda işinin nəticəsidi. Düzdü, Superkubok oyununun da öz qəhrəmanları var idi. Elə həmin Obameyanqla yanaşı, lodonluların qapıçısı Martinesin adını çəkmək olar. Qabonlu artıq 12-ci dəqiqədə uzaqdan gözəl zərbə ilə hesabı açdısa, argentinalı qolkiper uzun müddət hesabın bərabərləşməsinə imkan vermədi. Manenin Martineslə təkbətək çıxdığı iki epizod xüsusən yadda qaldı. Emiliano hər iki epizoddan qalib ayrıldı. Hər halda, “qırmızılar” onun qapısına yol tapa bildi: 73-cü dəqiqədə bir qədər əvvəl meydana çıxan Minamino bərabərliyi bərpa etdi. Ancaq çempion uğurun davamını gətirə bilmədi və komandalar münasibətləri penalti seriyasında aydınlaşdırdı. Burda “Arsenal”ın bəxti gətirdi. Londonlular bütün cəhdlərdə dəqiq olduğu halda, “Liverpul”un 3-cü penaltisini yerinə yetirən Bryuster tiri silkələdi. Həlledici penalti Obameyanqdan gəldi. Superkubok üç ildən sonra yenidən “Arsenal”a qismət oldu!

Faktlar
* “Arsenal” 16-cı dəfə İngiltərə Superkubokunu qazanmaqla hesabında 15 belə titul olan “Liverpul”u arxada qoydu. Superkuboku hamıdan çox (21 dəfə) qazanan komanda isə “Mançester Yunayted”di.

* 2019-un dekabrından “Arsenal”ın “sükanı arxasında” olan Arteta bu komanda ilə 2-ci titulunu qazandı. Buna qədər o, üç il MS-də Pep Qvardiolanın köməkçisi kimi çalışıb.

* Yanvarda “Zaltsburq”dan transfer olunan Takumi Minamino “Liverpul” formasında ilk dəfə fərqləndi. Yaponiyalı yarımmüdafiəçi qol hesabını 17-ci oyunda açdı.

* Obameyanq “Arsenal”ın heyətində “Uembli”də 5-ci qolunu vurdu. 31 yaşlı forvard buna qədər İngiltərə kubokunun cari mövsümünün yarımfinalında və finalında bu stadionda dubl etmişdi. Beləcə qabonlu “topçular”ın sabiq vingeri, hazırda “İnter”in formasını geyən Aleksis Sançesin müəyyənləşdirdiyi klub rekordunu təkrarladı.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR