Sizin reklam burada

“Arsenal”da iki ayrılıq

Baxış Sayı:307



“Arsenal”ın idman direktoru Raul Sanllexi vəzifəsindən ayrılıb. O, bu postda 2017-ci ilin noyabrından çalışırdı.

Klubun rəsmi saytının xəbərinə görə, ispan mütəxəssisi bu vəzifədə Vinay Venkateş əvəzləyib. Venkateş daha əvvəl “Arsenal”ın idarəedici direktoru vəzifəsində çalışıb.

Bu arada London klubunda növbəti ayrılıq rəsmiləşib. Yaxın günlərədək “Arsenal”da köməkçi-məşqçi kimi çalışan Fredrik Lünqberq vəzifəsindən ayrılıb. O, istefa qərarını sosial şəbəkə hesabında açıqlayıb. 43 yaşlı isveçli mütəxəssis “topçular”dan məşqçilik təcrübəsini başqa klublarda daha da zənginləşdirmək üçün ayrıldığını bəyan edib. Hələlik onun karyerasını hansı klubda davam etdirəcəyi bilinmir.

Qeyd edək ki, Lünqberq futbolçu karyerası ərzində 1998-2007-ci illər aralığında “Arsenal”da çıxış edib və ağ-qırmızı formada 326 oyuna çıxıb. O, London klubunda 2019-cu ildən məşqçi kimi çalışırdı.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR