Sizin reklam burada

Erməni Moskvada bizimkilərə minnətçi düşüb

Baxış Sayı:1 235

 Erməni Moskvada bizimkilərə minnətçi düşüb


İstər karyerasını davam etdirən, istərsə də butslarını mismardan asan veteran futbolçularla söhbət edəndə istər- istəməz köhnə günləri yada salırlar, başlarına gələn müxtəlif məzəli hadisələri sevə-sevə danışırlar. Təbii ki, futbol təkcə futbolçulardan ibarət deyil.

Məşqçilər, hakimlər klub funksionerləri də dünyanın bir nömrəli idman növünün ayrılmaz hissəsidi. “Yada düşər xatirələr” rubrikasında həyatının böyük hissəsini “idmanın şahı”na həsr edən insanlarla söhbət edir, yaddaşlarına əbədi həkk olan məzəli hadisələri bizimlə bölüşmələrini istəyirik. Rubrikanın budəfəki qonağı həmkarımız, bir müddət “Futbol+”də çalışmış, 2017-18-ci illər aralığında “Neftçi”nin mətbuat katibi olmuş, arada “CBC Sport”da da işləməyə imkan tapmış Anar Şabanoğludu.

“Hər şey yaxşı oldu, ancaq bir əmması var”
Bir dəfə kişi kampaniyası ilə rayonlarımızdan birinə istirahətə getmişdik. Yaxşı yeyib-içib, gəzəndən sonra futbolumuzdakı tanınmış simalardan birinin kefi lap yüksək səviyyəyə çatdı. Dirəşdi ki, mən "sola" getmək istəyirəm. Onu fikrindən daşındırmaq üçün “müəllim, qadan alım, rayon yeridi, burda tanıyan-bilən olar, ayıbdı” söyləsək də, xeyri olmadı. “Mən gedəcəm” deyib bizdən ayrıldı. Bir müddət sonra qayıdıb gələndə hamının diqqəti dostumuza yönəldi. “Nə oldu” sualımıza “hər şey yaxşı oldu, ancaq bir əmması var” dedi. Sən demə, futbolumuzun tanınmış simasına könül verənin adı Ədalət imiş. Bunu demişdi ki, hamını dəli gülmək tutdu. Beləcə ömrümdə ilk dəfə Ədalət adının xanımlara da verildiyini bildim.

“Rəşad Rafiqoğlu ilə ikimiz də kövrəlmişdik”

Ötən əsrin sonunda "Neftçi” kubokun yarımfinalında "Tofiq Bəhramov”da bərbad hakimliyə görə "Kəpəz”ə uduzdu. Dünyanın ən saf varlıqları olan uşaqlar ağlaya-ağlaya stadionu tərk edirdilər. Mən də artıq “Futbol+”də işləməyə başlasam da, demək olar ki, uşaq idim, 17 yaşım vardı. Jurnalistlər yığışıb paltardəyişmə otağının önündə komanda üzvlərinin avtobusa gəlməsini gözləyirdi. "Neftçi” azarkeşi olan Rəşad Rafiqoğlu ilə ikimiz də kövrəlmişdik. “Neftçi”nin futbolçuları gəlındə qucaqlaşıb ağlaşdıq. Halbuki jurnalist belə şey etməməlidi. Bu haqda “Cocuqların günahı nə?” sərlövhəli yazı yazdım. Sonralar bu yazım haqda “Neftçi 70” kitabında bəhs olundu.

“...erməniləri bir-bir ikinci mərtəbədən yerə atacaqlar”

“Neftçi”nin “Pünik”lə oyununda o qədər hadisə olub ki, bundan kitab da yaza bilərəm. Matçdan əvvəl 200 bilet alıb dost-tanışa paylaşmışdım ki, tribunada çox olaq. Oyundan öncə Eldəniz Yusifovla rəhmətlik Sergey Kramarenkonun “Dinamo” stadionundakı restoranında yaxşı yeyib-içdik. Sonra getdik ki, camaat artıq oyuna gəlir. Kassaya yaxınlaşıb qalan biletlərin hamısını aldım. Sonra Eldənizlə kassanın yanında durub bilet almaq istəyən azərbaycanlılara payladıq. Kassadan “yox” cavabı alan ermənilər kor-peşman geri qayıdırdı. Təsadüfi deyil ki, tribunada bizimkilər mənfur qonşularımızdan bəlkə də 10 dəfə çox idi. Həmin oyunda ermənilər sayca bizdən az olsalar da, yenə də təxribat törətməkdən qorxmadılar. “Dinamo” manejinin ermənilərə ayrılan tərəfində bütün iştirakçı ölkələrin bayraqları asılmışdı. Və ermənilər oyunda üstünlüyümüzü görüb aranı qatmaq istədilər. Fikrim oyunda idi. Bir də gördüm Rəşad Sadıqov ikinci mərtəbədə dayanan erməni azarkeşlərə aşağıdan baxıb qışqırır. Bayrağımızın üstünə bayraq asıldığını görüb dərhal o tərəfə qaçdım. Ermənilərə çatıb “bayrağı yığışdırın” söylədim və onlar da “yığışdıraraq” dedilər. Həmin an rus milisi məni tutub “onlar meymundular, fikir verməyin” söylədi. Mən də “meymundularsa, aparın salın meymunluğa, burda şərəfsizlik etməsinlər” cavabını verdim. Bu məqamda məni tanıyan cəbrayıllı Vüqar adlı dostum arxamca gəlib Ermənistan bayrağını götürüb yerə atmaq istədi. Vüqarın boyu təxminən 150 sm olsa da, çox ürəkli idi. Ermənilər üstümüzə şığıdılar. Yaxşı ki, salamatçılıq oldu. Sonra onların ağsaqqalı gəlib üzr istədi, bizə aid tribunaya getməyimizi xahiş etdi. Sən demə, həmin ağssaqqal görüb ki, bizim arxamızca millət gəlir və erməniləri bir-bir ikinci mərtəbədən yerə atacaqlar. Ona görə də bizə minnətçi düşüb.

“Sən demə, yanan materialdan deyilmiş”

“Qarabağ” “Şəfa”da “Zimbru”nu qəbul edirdi. Səfər matçında moldavanların qolunu Petrosyan vurmuşdu. Rəqibin heyətində başqa erməni futbolçular da vardı. Bu oyuna xüsusi hazırlaşmaq qərarına gəldim. Öz vəsaitimlə “Stop armenian agression” yazılan, səhv etmirəmsə, 500 futbolka və beysbolka, çox sayda kiçik və bir nəhəng Azərbaycan bayrağı, bir ədəd də Ermənistan bayrağı tikdirdim. Bütöv Azərbaycan Birliyinin başqanı, dostum Aqil Səmədbəyli 500 nəfər gətirdi. “Qarabağ”ın direktoru, dəyərli Əmrah Çəlikəl isə biletlərə görə pul almadı. Tribunada möhtəşəm görüntü yarandı. Ermənistan bayrağını yandıranda oyunu şərh edən, o zaman Az.TV-də çalışan Elnur Məmmədliyə xəbər etdim ki, operatorlara desin, uşaqlar düşmən bayrağını yandırır. Amma bayraq yanmadı, əridi. Sən demə, yanan materialdan deyilmiş.

“Sonra həmin gerizəkalı "ağsaqqal" səhvlərini düzəltmək…”

İki il əvvəl "Neftçi"də işləyəndə Antalyada Serikdə Boğazkentdə "Alva Donna Otel"də təlim-məşq toplanışında idik. Yeri gəlmişkən, "Lotu Quli" həmin oteldə öıdürüldü. Nə isə. Komandada hər cür adam var idi. Sən demə, "ağsaqqallar"dan biri dəhşətli dərəcədə qadın düşkünü imiş. Bölgədə təlim-məşq keçən bütün klublarımızın yerli üzvlərinin getdiyi, "Ekoş" ləqəbli keçmiş "İnter"linin işlətdiyi qəlyaxanaya və komandamızın qaldığı otelə xanımlar aparırdı. Bunu da orda görüb şəklini, videosunu çəkib bəzi jurnalistlərimizə göndərənlər olmuşdu. Sağ olsunlar, həmkarlarım mənə hörmət edib həmin şəkilləri dərc etmədilər. Adamın ailəsi dağıla bilərdi. Amma detallara varmayaraq müəyyən tənqidlər yazdılar ki, filankəs təlim-məşq toplanışında qeyri-peşəkar davranışlara yol verir. Üstəlik, bu hadisələr Rusiya çempionatının autsayderi, Xabarovsk SKA-sına 1:8 hesablı rüsvayçı məğlubiyyət ərəfəsində cərəyan edirdi. Özümə az qala dost hesab etdiyim həmkarlarımızdan biri “feysbuk”da yazmışdı ki, filankəsə tənqidlərin günahkarı mətbuat katibidi, o sinəsini qabağa verməlidi. Adama cavab vermədim. Onun məntiqi ilə sinəmi qabağa verib nəsə etməliydim. Deməliydim ki, çağırılmamış qonaqların gəlişinin, foto-video çəkilişlərinin, 1:8 hesablı biabırçılığın günahkarı mənəm?! Sonra həmin gerizəkalı "ağsaqqal" səhvlərini düzəltmək, ağıllanıb işinə köklənmək, bu çəkilişlərin mediaya sızmamasına görə mənə təşəkkür etmək əvəzinə komanda Bakıya gələn kimi bir qrup özünə yaxın jurnalisti xəlvətcə bir qəlyanxanaya yığıb mənə müxalif cəbhə açmışdı.

“Anar, zəng vurduğum xanımın səsi kişi səsinə oxşayır axı”

“CBC Sport”da işlədiyim vaxtlar idi. Tanınmış həmkarlarımızdan biri ilə yaxşı yeyib-içdik. Qardaşımızın kefi oldu əla. Sağollaşanda qayıtdı ki, "sola" getmək üçün görəsən, hardan nömrə tapa bilərəm? “CBC Sport”da da əməkdaşlara yenicə korporativ nömrələr vermişdilər. Bu nömrələri çox adam bilmirdi. Eləməyib tənbəllik “sola” getmək istəyən həmkarımıza tanınmış şəhrçilərdən birinin nömrəsini verdim. Kefi düzələn dostumuza yalandan bir xanım adı dedim. Qardaşımız bir müddət sonra yenidən mənə zəng edib “Anar, zəng vurduğum xanımın səsi kişi səsinə oxşayır axı” dedi.Qayıtdım ki, “bir də yığ, ola bilməz”. Bir müddət sonra yenə zəng etdi, “vallah, deyəsən, kişi götürür”. Dedim, nömrəni bəlkə səhv yığırsan. Nə isə, üçüncü dəfə də yığandan sonra səsindən tanıyıb ki, sən demə, bu zəngə cavab verən tanınmış şərhçilərimizdən biridi. Onu tanıyınca, “bağışla, nömrəni filan məsələ ilə bağlı Anar verib” söyləyib və üzrxahlıq edib. Sonra həm həmkar qardaşım, həm də şərhçi dostum uzun müddət məni danışdırmadılar. Amma bir neçə ay sonra barışdılar. İndi də yada salanda gülüşürlər ki, əla fikirləşmişdin.

RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR