Sizin reklam burada

"Millimizin üzvləri içkiyə qurşanırlar"

Baxış Sayı:542

"Millimizin üzvləri içkiyə qurşanırlar"


Qapalı zallarda məşqlərə hələ də icazə verilməməsinə idman cəmiyyətinin nümayəndələri etiraz edirlər.

Futbol+ xəbər verir ki, voleybol üzrə Azərbaycan millisinin sabiq meneceri və "Il Azero" şirkətinin rəhəri İlqar İmanquliyev də bu siyahıya qoşulub.

O, şəxsi feysbuk səhifəsində idman zallarının yox, muzey və sərgi salonlarının açılmasından narazılığını ifadə edib:

Çin, İtaliya, Cənubi Korea və s. kimi ölkələrdə artıq voleybol üzrə, bəli-bəli, düz eşitdiniz, məhz Covidin yarandığı və statistikalara inansaq, fəlakət qopardığı ölkələrdə, məhz kollektiv idman növləri üzrə qapalı zallarda ölkə çempionatları bərpa edilib, kubok yarışları oynanılır. Biz isə muzey açırıq, sərgi göstəririk. Əvəzində isə adətən orta-aşağı təbəqəyə aid olan, ailəsinə öz sağlamlığından keçərək idman zallarından bir tikə çörək aparan, ölkəmizi dünya arenasında LAYİQİNCƏ təmsil edən fəxrlərimizin böyük əksəriyyəti arvad-uşaq yanına üzü qara gedir. Heç fikirləşmisiniz bunları? Əsəb gedir, sağlamlıq gedir, ar gedir, abır gedir. İdman zalları virus mənbəyidirsə, İtaliya və Çini bunu düşünə bilməyəcək dərəcədə axmaqmı sanırsınız? Yoxsa bizmi dünyaya meydan oxuyan kitayozalardan, bambinolardan daha tədbirliyik?


İmanquliyevin sözlərinə görə, milli komanda üzvləri müxtəlif işlərlə məşğul olurlar:

Kimisi arından, kimisi xəcalətindən. Bunu bu gün siz də qeyd edirsiniz. Amma bunu sadəcə qeyd etmək sizin xalqı düşünən, atletlərini sevən məmurlar olduğunuz anlamına gəlmir. Hardasınız federasiya rəsmiləri, niyə idmançıların adından, mənafeyindən çıxış etmirsiniz? Dövlətin ayırdığı pullarla federasiyalardan idmançısından çox maaş alan rəsmilər, axı siz o postu məhz bu gün ac və idmansız qalan atletlərə görə tutur, onlara görə maaş alırsınız. İdmançılar olmasa, nə sizə, nə də federasiyalara ehtiyac olacaq. Dağ boyda igidləri imkansızlıq bir yana, öz səssizliyiniz və vecsizliyinizlə yerin altına gömməyin. Allah sizi bağışlamaz! İdmançısını sevmək, Bayrağını, Vətənini sevmək deməkdir. Axi biz idman ölkəsiyik!

Oxşar xəbərlər
SON XƏBƏRLƏR