Sizin reklam burada

"Laçi"nin kapitanının qələbə şərhi

Baxış Sayı:459

"Laçi"nin kapitanının qələbə şərhi
Avropa Liqasının I təsnifat mərhələsində "Keşlə" "Laçi"yə penalti seriyasında məğlub edib.

Qarşılaşmadan sonra Albaniya təmsilçisinin kapitanı Aleksandr İnqyatoviç "Futbol+"ə danışıb.

Müdafiəçi qəzetimizə açıqlamasında qalibiyyəti şərh etdi:

“Gərgin qarşılaşma oldu. Hədəfimiz bir idi: mərhələni keçən tərəf olmaq. Buna da nail olduq. “Keşlə”nin kəsərli hücumlarının qarşısında tab gətirdik. Təxminən 40 dəqiqə azlıqda qaldıq. İstəyimiz güclü idi və bu səbəbdən də komandanın azlıqda qalmasını hiss etdirmədik. Meydanın hər qarışı uğrunda mübarizə apardıq. Penalti seriyası şans oyunudu. Burda bizim bəxtimiz gətirdi. Buna baxmayaraq, sevincliyik. Tiranadan yola düşəndə komanda olaraq söz vermişdik ki, Bakıda qələbə qazanmalıyıq. Kağız üzərində rəqib üstün idi. Lakin sübut etdik ki, onlardan geri qalmırıq. Azərbaycandan qələbə ilə ölkəmizə geri dönməyimiz möhtəşəmdi. Əksəriyyət turu keçəcəyimizə inanmırdı. Lakin biz bunu bacardıq. Matçdan dərhal sonra dəli kimi sevinirdik. Əziyyət çəkdik və istəyimizə nail olduq. Qəbələni dostlarımıza, klub rəhbərliyinə hədiyyə edirik. Biz özümüzə inanırdıq və göstərdik ki, qələbə qazana bilərik. Bakıdan qələbə ilə ayrılmaq hissini sözlə ifadə edə bilmirəm”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR