Sizin reklam burada

"Laçi"yə məğlubiyyət "Keşlə" futbolçularına baha başa gəldi

Baxış Sayı:708

"Laçi"yə məğlubiyyət "Keşlə" futbolçularına baha başa gəldi
“Keşlə”nin penalti seriyasında “Laçi”yə məğlub olması futbolçulara baha başa gəlib.

Futbol+ xəbər verir ki, oyunçular xüsusi mükafatdan məhrum olublar. Belə ki, oyundan öncə klub rəhbərliyi mərhələni adlayacaqları təqdirdə hər futbolçuya 1000 dollar söz verib. Bu məbləğ premyer-liqanın ilk turunda “Sumqayıt” üzərində qələbəyə və “Laçi”ni mübarizədən kənarlaşdırmağa görə nəzərdə tutulub.

İlkin Qırtımovun penalti zərbəsini dəqiq yetirməməsi nəticəsində paytaxt təmsilçisinin üzvləri mükafatdan məhrum olublar. Oyundan sonra klubun Müşahidə Şurasının sədri Zaur Axundov digər işçiləri vasitəsi ilə futbolçulara heç bir mükafat verilməyəcəyi xəbərini göndərib. Beləliklə, “Laçi”yə uduzan “Keşlə”nin üzvləri həm növbəti mərhələdən, həm də puldan olublar.

İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR