Sizin reklam burada

Yeni mövsümün bütün təqvimi nə zaman açıqlanacaq?

Baxış Sayı:511

PFL premyer-liqanın 2-ci turunun təqvimini açıqlayıb.

Futbol+
xəbər verir ki, lakin 2020/21 mövsümünün qalan oyunları haqda məlumat yoxdu. Bu üzdən məsələ ilə bağlı qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxladıq:


Yeni mövsümün bütün təqvimi nə zaman açıqlanacaq?Püşkatmadan sonra premyer-liqada çıxış edən klublara sıralama ilə rəqiblərini bildirdik. Amma tarixləri açıqlamadıq. Bunun tək səbəbi var idi. Gözləyirdik ki, avrokuboklarda mübarizə aparan klublarımızın oyunlarının nəticələri bəlli olsun. Kimin mübarizəni davam etdirib-etdirməyəcəyi də burda vacib amil idi. Çempionlar Liqasında 3-cü təsnifat və pley-off, Avropa Liqasında 2-ci təsnifat mərhələsinin püşkündən sonra təqvimi açıqlayacağıq. Bilirsiz ki, bu suallara avqustun 31-də aydınlıq gələcək. Biz də buna uyğun təqvim tərtib edəcəyik. Fikrimcə, sentyabrın 2-si və ya 3-də premyer-liqanın tam təqvimi açıqlanacaq. Belə qərar verməyimizə səbəb də var idi. İstəmədik ki, təqvimi açıqlayandan sonra avrokuboklara görə hansısa dəyişiklik edək. Uğurlu nəticələr əldə edən klublarımız olsa, onlara uyğun dəyişiklik edə bilərik.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR