Sizin reklam burada

UEFA “Qarabağ”ın stadion dəyişmək təklifini qəbul etməyib

Baxış Sayı:1 324

UEFA “Qarabağ”ın stadion dəyişmək təklifini qəbul etməyib
“Qarabağ” dünən Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Şerif”lə qarşılaşdı. Matçdan öncə və oyun zamanı diqqətimizi çəkən bir məqam var idi: Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyündəki problem hələ də qalır. Vəziyyətin belə olacağı bəlli idisə, “Qarabağ” əvvəlcədən oyunun yerinin dəyişdirilməsi üçün niyə UEFA-ya müraciət etməmişdi? Etmişdisə, qurum hansı səbəbdən “Şerif”lə qarşılaşmanın Suraxanıda keçirilməsinə icazə verməyib?
Problem bəlli, sualımız aydın. Məsələni dəqiqləşdirmək üçün klubla əlaqə saxladıq. Ağdamlıların baş meneceri Asif Əsgərov UEFA-nın “Tofiq Bəhramov”un ot örtüyünü qarşılaşma üçün qənaətbəxş hesab etdiyini bildirdi: “Birinci təsnifat mərhləsindən öncə UEFA-ya stadionun durumu ilə bağlı müraciət etdik. Onlar oyunun keçirilməsi yolunda hansısa problemin olmadığını bildirdilər. Bu səbəbdən də “Sileks”lə qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutdu. Daha sonra klub rəhbərliyi, baş məşqçi stadionun vəziyyəti ilə bağlı iclas keçirdi. Belə qərara gəldik ki, UEFA-ya 2-ci təsnifat mərhələsinin oyununu “Azərsun Arena”da keçirməklə bağlı müraciət olunsun. Amma bizə “Tofiq Bəhramov”un qazonunun oyunu keçirmək üçün qənaətbəxş olduğunu söylədilər. Bu səbəbdən də “Şerif”lə matç da adı çəkilən stadionda baş tutdu. Ümumilikdə stadionun ot örtüyü o qədər də bərbad deyil. “Sileks”lə qarşılamaya nisbətən indi daha yaxşıdı”.
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR