Sizin reklam burada

İlk turdaca “quşlar uçdu”

Baxış Sayı:211


Premyer-liqanın 1-ci turu səs-küysüz, qalmaqalsız ötüşsə də, əslində idarəçiliklə bağlı yetərincə qüsurlar diqqəti çəkdi. Hətta birbaşa nəticəyə təsir edən qərarların da şahidi olduq. Yalnız turun mərkəzi oyunu istisnadı. Hakimlər Komitəsinin sədri Frits Stuxlik belə mətbuata açıqlamasında iki penaltinin verilmədiyini deyirsə, əlavə şərhə ehtiyac duymadan reportyorlarımızın qeydlərinə nəzər salaq.
ELÇİN MƏSİYEV, Sumqayıt – Keşlə
Yeni mövsümün ilk oyununda fit çalan Məsiyevin idarəçiliyini yüksək qiymətləndirmək olmaz. Ədalət təmsilçisi matçboyu inamsız təsir bağışlayır, sanki özü də verdiyi qərarların düz olub-olmadığına şübhə ilə yanaşırdı. 26-cı dəqiqədə “Keşlə”nin qapısına təyin olunan penalti də çox şübhəli qərar idi. Qonaqların müdafiəçisi Rəhim Sadıxovla toqquşan anda “kimyaçılar”ın futbolçusu topu artıq itirmişdi və onun hücumu davam etdirmək şansı, demək olar ki, yox idi. Referinin mövqe seçimi də ürəkaçan deyildi ki, bunun da nəticəsi kimi qayda pozuntuları zamanı çox vaxt “hadisə yeri”ndən uzaq qalırdı.
RAUF CABBAROV, Neftçi – Səbail
72-ci dəqiqədəki epizod olmasaydı, Rauf Cabbarovun idarəçiliyinə rahat yüksək qiymət vermək, çəkdiyi zəhmətə görə “çox sağ ol” demək olardı. Lakin həmin dəqiqədə “Səbail”in penaltisini “yeməklə” qüsura yola verdi. Oyuna sonradan qoşulan Ruslan Hacıyevin qapı qarşısına ötürməsi zamanı top açıq-aşkar yerə yıxılan Mamabu Mbocun əlinə dəymişdi. Razıyam, top yerə yıxılan futbolçunun əlinə özü də istəmədən dəyə bilər. Amma bu vəziyyətdə Mamadu topu görürdü və əlini yığışdırmaq imkanı vardı. Sadəcə, buna ehtiyac duymadı. Bəlkə də Raufun “nöqtə”ni göstərməyəcəyinə əmin idi. Qısası, Cabbarovun idarəçiliyi nöqsansız ötüşmədi. Laysman Elşad Abdullayevin iki dəfə yanlış aut qərarı ilə yadda qalması da mütləq qeyd olunmalıdı.
RƏHİM HƏSƏNOV, Qarabağ - Sabah
Turun mərkəzi görüşünün baş hakimi qarşılaşmanı ümumilikdə normal idarə etdi. Xırda follara göz yuman referi oyunun “ip”ini əlində saxladı. Kobud səhvlərə yol verməyən FİFA referisi matçın sürətli və maraqlı keçməsinin qarşısını almadı. Bütün bunları nəzərə alsaq, bu görüşü turun hakim səhvlərinə görə diqqət mərkəzində olmayan oyunu adlandırmaq mümkündü.
KAMAL UMUDLU, Qəbələ - Zirə
Mövsümöncəsi toplanış keçməyən hakimlər də “Zirə”nin futbolçuları kimi üzərinə düşəni etməkdə çətinlik çəkirdilər. Bunun bariz nümunəsi kimi 21-ci dəqiqədə hakimlər arasında anlaşılmazlıq yarandı. Top meydanı tərk etdikdən sonra yan xətt hakimi “Qəbələ”nin xeyrinə bayraq qaldırsa da, Kamal Umudlu onunla razılaşmadı. Belədə aut atışını “Zirə” yerinə yetirdi. 56-cı dəqiqədə top Elvin Camalovun əlinə dəysə də, hakimin fiti susdu. 82-ci dəqiqədə cərimə meydançasında yerə yıxılan Qoxa Ruslan Qurbanovun ötürməsinin qarşısını əliylə kəsdi. Amma oyunun reportajında qeyd etdiyimiz kimi, hakim epizodu penalti kimi qiymətləndirmədi.
KƏNAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR