Sizin reklam burada

“Sabah” Mahiri dayandıra bilmədi

Baxış Sayı:1 374


3. Qarabağ (Ağdam) - Sabah (Bakı) 2:0 (1:0)
12. Emil Balayev - 5,0
77. Vild-Donald Gerye - 5,5
55. Bədavi Hüseynov - 5,5
81. Kevin Medina - 5,5
5. Maksim Medvedev (k) - 5,0
2. Qara Qarayev - 5,0
7. Kvabena Ovusu - 5,5
8. Uroş Matiç - 5,5
(19. Filip Ozobiç, 59) - 5,5
18. İsmayıl İbrahimli - 5,5
9. Xayme Romero - 5,5
(10. Abdulla Zubir, 68) - 5,0
11. Mahir Emreli - 6,0
(30. Abbas Hüseynov, 87) - qiymətsiz
Ehtiyat oyunçular
1. Şahruddin Məhəmmədəliyev
94. Ayhan Arazlı
44. Elvin Cəfərquliyev
27. Toral Bayramov
66. Cavid Bayramov
24. Nihad Tamazov
21. Rauf Hüseynli
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Mahir Emreli
1. Saşa Stamenkoviç (k) - 5,0
14. Slavik Alxasov - 5,5
5. Nikola Vuyadinoviç - 5,5
4. Bəhlul Mustafazadə - 5,0
2. Amin Seydiyev - 5,0
19. Təmkin Xəlilzadə - 6,0
30. Mario Marina - 5,0
29. Ceyhun Nuriyev - 5,0
(10. Yevgeni Koçuk, 61) - 5,0
7. Coşqun Diniyev - 5,5
11. Ozan Can Kökcü - 5,0
(28. Kevin Kubemba, 82) - qiymətsiz
90. Ramil Şeydayev - 5,0
(18. Xulio Sezar Rodriges, 66) - 4,0
Ehtiyat oyunçular
94. Nicat Mehbalıyev
17. Məhəmməd Mirzəbəyov
13. Filip İvanoviç
60. Abbas Ağazadə
38. Arsen Ağcabəyov
66. Abdulla Xaybulayev
33. Camal Cəfərov
Baş məşqçi: Visente Qomes
Komandanın ən yaxşısı: Təmkin Xəlilzadə
Qollar: M.Emreli, 45 (1:0, M.Medvedev). M.Emreli, 69 (2:0, F.Ozobiç).
Vərəqələr: İ.İbrahimli, 67 (oyun qaydalarının sistematik şəkildə pozulması). M.Marina, 75 (qeyri-idman hərəkəti). X-S.Rodriges, 77 (qeyri-idman hərəkəti). T.Xəlilzadə, 86 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RƏHİM HƏSƏNOV, Cəmil Quliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev (hamısı Bakı).
Hakim-inspektor: Anar Salmanov (Bakı).
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev (Bakı).
22 avqust. Bakı. Azərsun Arena. Tamaşaçısız.
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Ötən həftə Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Sileks”i 4:0 hesabıyla məğlub edən “Qarabağ” üçün “Sabah”la matç xüsusi əhəmiyyət daşıyırdı. Çempionat başlayana kimi iki dəfə yoldaşlıq görüşündə üz-üzə gələn komandalar artıq bir-birini tanıyırdılar. Görüş güclü küləyin müşayiəti ilə start götürdü. İlk dəqiqələrdən istəkli olan qonaqlar sürətli hücumlarla “Qarabağ”ın müdafiəsini yarmağa çalışırdılar. Onların bu istəyinə bəzən külək, bəzən də ağdamlıların müdafiəçiləri mane olurdu. İlk təhlükəli həmləni də paytaxt klubu həyata keçirdi. 30-cü dəqiqədə Diniyevin cərimə zərbəsindən qapı istiqamətinə ötürməsini Vuyadinoviç başla qapasa da, Balayev ayıq-sayıq davrandı. “Qarabağ”ın cavabı da təhlükəli alındı. İsmayıl fərdi reyd edərək Ovusuya ötürmə verdi. Nigeriyalı futbolçu Seydiyevi keçərək qapıya zərbə vursa da, Stamenkoviç qola imkan vermədi. Hücumun davamında künc zərbəsi yerinə yetirən ağdamlılar toru silkələdi. Müdafiəçilərdən qayıdan topu Qara cərimə meydançasına ünvanladı ki, Maksim onu qapıdan keçirdi. Amma yan xətt hakiminin bayrağı havada idi. Növbəti təhlükləli vəziyyəti “Qarabağ” yaratdı. İbrahimli fərdi reyd edərək güclü zərbə endirdi. Stamenkoviçin qaytardığı topu Ovusu qapıdan keçirə bilmədi. Ardıcıl hücumlar ilk yarının sonunda bəhrə verdi. Ovusu cərimə meydançası istiqamətində irəliləyərək sağ cinahda boş olan Medvedevə ötürmə etdi. Kapitanın cərimə meydançasına asmasını isə Emreli başla dəqiq tamamladı.
İkinci hissənin əvvəlində “Sabah” hesabı bərabərləşdirə bilərdi. Diniyevin cərimə zərbəsindən sonra top Mustafazadənin önünə düşsə də, dəqiq zərbə endirə bilmədi. 56-cı dəqiqədə isə Təmkinin cərimə meydançasından zərbəsini Balayev çətinliklə dəf etdi. Bir qədər sonra Təmkinlə Coşqun yenidən diqqət mərkəzinə düşdülər. Xəlilzadənin sol cinahdan ötürməsini Diniyev akrobatik zərbə ilə qapıya göndərmək istəsə də, top ayağına tam oturmadı. Ümumiyyətlə, bu ikili “Sabah”ın heyətində xüsusi canfəşanlıqla mübarizə aparır, hücumların təşkilində diqqəti çəkirdilər. “Sabah”ın ümidləri 69-cu dəqiqədə, demək olar ki, bitdi. Rəqibi əks-hücumda yaxalan ağdamlılar ikinci qolu vurdu. Diniyevdən topu oğurlayan Ozobiç bir qədər irəlilədikdən sonra möhtəşəm ara ötürməsiylə Mahiri Saşa ilə üzbəüz qoydu. İrəli şığıyan qolkiperi də aldadan hücumçu topu boş qapıdan keçirdi. Qoldan sonra da oyuna nəzarət edən “Qarabağ” idi. 85-ci dəqiqə Emrelinin het-trik etməsinin qarşısını Stamenkoviç aldı. Onun uzaqdan zərbəsindən sonra serbiyalı qapıçı topu iki cəhddə ram etdi. Bu, “Azərsun Arena”da güclü küləyin müşayiəti ilə keçən matçda son təhlükəli həmlə oldu.
İLKİN SULTANLI

Gözdən qaçmadı
* Stadionun direktoru matçda iştirak edən futbolçuların adlarını səsləndirərkən Mario Marinanın adında səhvə yol Verdi – bosniyalını Mariya Marina adlandırdı.
* Oyunboyu Marinanın “Qarabağ”ın futbolçusu Uroş Matiçə qarşı hərəkətləri diqqəti çəkdi. Bosniyalı serbiyalıya qarşı amansızlıqla mübarizə aparır, ikili mübarizələrdə kobudluqdan çəkinmirdi.
* Oyunun sonlarına yaxın rəqiblərini aldatmaq istəyən Aldulla Zubirin hərəkəti Qurban Qurbanovu özündən çıxardı. Mərakeş əsilli fransızın fərdi oynaması xasiyyətcə sakit olan mütəxəssisin aqressivləşməsinə səbəb oldu.
* Mətbuat konfransına 8 jurnalist, 2 operator buraxılacağı bildirildi və elə də oldu. Buna səbəb koronavirus pandemiyasına görə saxlanılmalı olan sosial məsafənin tənzimlənməsi idi.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR