Sizin reklam burada

Rəşad Sadıqov “sülh”lə başladı

Baxış Sayı:1 365


4. Qəbələ – Zirə 1:1 (1:1)
1. Anar Nəzirov (k) – 5,0
13. Yurgen Qoxa – 4,5
71. Rüfət Əhmədov – 4,0
(55. İdris İnqilablı, 46) – 4,5
22. Rodriqo Qattas – 5,0
10. Rövlan Muradov – 5,5
(17. Yaovi Akakpo, 77) – qiymətsiz
32. Nikolas Raysel – 5,0
8. Qismət Alıyev – 5,0
28. Murad Musayev – 5,0
11. Asif Məmmədov – 5,0
77. Merab Qiqauri – 5,0
70. Ülvi İsgəndərov – 5,0
(74. Yusif Nəbiyev, 85) – qiymətsiz
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
5. Rasim Ramaldanov
4. Sadiq Quliyev
7. Roman Hüseynov
26. Stefan Vukçeviç
15. Vüsal Məsimov
Baş məşqçi: Elmar Baxşıyev
Komandanın ən yaxşısı: Rövlan Muradov

22. Rəşad Əzizli – 5,0
4. Elvin Camalov – 5,0
(8. İlkin Muradov, 69) – 4,5
2. Sərtan Taşkın – 5,0
13. Şəhriyar Rəhimov – 5,0
3. Ali Sisey – 4,5
12. Lazar Corceviç – 5,0
7. Tural Bayramlı – 5,0
(14. Rəşad Eyubov, 66) – 4,5
21. Hacıağa Hacılı – 4,5
9. Davit Volkov – 5,5
10. Ağabala Ramazanov (k) – 5,0
(91. Ruslan Qurbanov, 77) – qiymətsiz
11. Klesio Bauk – 5,0
Ehtiyat oyunçular
62. Abdulla Seyidəhmədov
31. Nail Alışov
5. Kərim Diniyev
17. Kayo Rangel
20. Əli Şirinov
77. Cəlal Hüseynov
6. Ayxan Süleymanlı
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Davit Volkov
Qollar: A.Məmmədov, 3 (1:0). A.Ramazanov, 28 (1:1, D.Volkov).
Vərəqələr: A.Məmmədov, 11 (qeyri-idman hərəkəti). Y.Qoxa, 13 (qeyri-idman hərəkəti). H.Hacılı, 14 (qeyri-idman hərəkəti). L.Corceviç, 18 (qeyri-idman hərəkəti). Ş.Rəhimov, 45+1 (qeyri-idman hərəkəti). R.Qattas, 84 (hakimin qərarına etiraz) – sarı. H.Hacılı, 90+1 (qeyri-idman hərəkəti) – qırmızı (ikinci sarı).
Hakimlər: KAMAL UMUDLU, Zeynal Zeynalov, Cavanşir Yusifov (hamısı Bakı), Rəşad Əhmədov (Mingəçevir).
Hakim-inspektor: Ramil Diniyev (Bakı).
AFFA nümayəndəsi: Mübariz Hüseynov (Gəncə).
23 avqust. Qəbələ. Şəhər stadionu. Tamaşaçısız.
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,0.
İyulun 17-də “Zirə”nin “sükanı arxasına” keçən Rəşad Sadıqov premyer-liqada debütunu Qəbələdə gerçəkləşdirdi. Payızı xatırladan yağışlı havada baş tutan qarşılaşma yəqin ki, onun yaddaşından heç vaxt silinməyəcək. “Zirə”nin heyəti ötən mövsümə nisbətən xeyli dəyişsə də, “Qəbələ” haqda eyni sözü demək mümkün deyil. Hadisələrin sonrakı axarı göstərdi ki, bu dəyişiklik “Zirə”nin ziyanına işləyib. Çünki komandaya yeni qoşulan futbolçular kollektivin bir parçasına çevrilməyi bacarmayıblar. Bu da uyğunlaşmaq üçün zamanın az olmasından irəli gəlirdi. Futbolçular çətinliklə anlaşır, bir-birini “sığortalamağı” bacarmırdılar. Diqqəti çəkən məqamlardan biri də o idi ki, mozambikli Klesio Baukla yanaşı, Elvin Camalov, Hacıağa Hacılı, Davit Volkov onlara doğma sayılan “Qəbələ”yə qarşı çıxış edəcəkdilər.
Hakimin start fitindən dərhal sonra irəli atılan “Zirə” dəqiqə tamam olmamış künc zərbəsi vurmmaq hüququ qazandı. Amma əvvəlcədən hazırlanmış “ev tapşırığı”nın olmaması təhlükəni böyütməyə imkan vermədi. Bir dəqiqə sonra “Qəbələ” ardıcıl iki künc zərbəsi vurdu. Və bu zərbələrdən ikincisi qolla nəticələndi. Hacıağanın uzaqlaşdırmağa çalışdığı topu Asif Məmmədov qüvvətli zərbəylə “çərçivə”yə ünvanladı. Yolüstü Tural Bayramlının ayağına toxunan top Rəşad Əzizlinin çaşqın baxışlarının müşayiəti altında tora qovuşdu. 4 dəqiqə sonra Bauk hesabı bərabərləşdirə bilərdi. Yaxın məsafədən başla zərbə vuran hücumçuya heç kim mane olmasa da, top qapıdan aralı keçdi. Qoldan sonra topa nəzarət daha çox “Zirə”də idi. Bununla belə, kəskin hücumlar qurmaq, Nəzirovu tez-tez həyəcanlandırmaq mümkün olmurdu. 9-cu dəqiqədə qonaqlar daha bir fürsəti qaçırdı. Ağabalanın sağ cinahla irəliləyəndən sonra qapıya paralel ötürməsinə toxunan tapılmadı. Növbəti təhlükəli reydi Volkov etdi. Yaxşı ki, Murad Musayev diqqətli davranıb, gürcünün qapıya doğru ötürdüyü topu meydandan çıxara bildi. Yağışın da təsiri ilə hissənin ortalarına doğru oyunun sürəti xeyli azaldı. Yaş meydanda hərəkət etmək futbolçular üçün çətinlik yaradırdı. Meydanın bəzi hissələrində suyun yığılması isə topun hərəkətini əngəlləyirdi. Belədə oyunun sönük xarakter alması, hücumların sayının azalması da anlaşılan idi. 28-ci dəqiqədə “Zirə” hesabı bərabərləşdirdi. Volkovun sağ cinahda təzyiqi artırması bəhrə verdi. Gürcü futbolçu Yurgen Qoxanı geridə qoyub, qapının qarşısındakı Ağabalanı “gördü”. Ramazanov üçün yaxın məsafədən toru silkələmək çətin olmadı.
Qonaqların qol sevinci uzun sürməyə bilərdi. Çünki dərhal sonra “Qəbələ” irəli atıldı və künc zərbəsi qazandı. Amma budəfəki standart vəziyyəti qolla yekunlaşdırmaq mümkün olmadı. 37-ci dəqiqədə Rövlan uzaqdan zərbə vurmaqla Əzizlini həyəcanlandırdı. Qapıçının bəxti onda gətirdi ki, top müdafiəçilərə dəyərək traektoriyasını dəyişdi.
Elmar Baxşıyev Volkovla mübarizə aparmağa çətinlik çəkən gənc Rüfət Əhmədovu fasilədə İdris İnqilablı ilə əvəzləməyə qərar verdi. Bu dəyişiklikdən sonra Qismət Alıyev Volkova nəzarət etmək tapşırığı aldı. Rəşad Sadıqov paltardəyişmə otağında futbolçularına nə demişdisə, “Zirə”nin oyunu 2-ci hissədə xeyli yaxşılaşdı. Ağabala cinahda xeyli fəallaşmış, gənc Hacıağa daha soyuqqanlı oynamağa başlamışdı. Hiss olunurdu ki, “Zirə” rəqibinin üzərinə getməklə 2-ci qolu mümkün qədər tez vurmağı hədəfləyir. Rəqibin niyyətini yaxşı anlayan meydan sahibləri irəli atılmağa tələsmir, topu daha çox mərkəz dairəsinin həndəvərində saxlamağa çalışırdı. 54-cü dəqiqədə Klesio sürətlə irəliləməyə başlasa da, Qiqauri özünü tez yetirdi və mozambiklini yerə sərməklə təhlükəni önlədi. 8 dəqiqə sonra gürcü futbolçu qol vura bilərdi. Onun uzaqdan qüvvətli zərbəs bir qədər qeyri-dəqiq oldu. Komandasının oyunundan narazı görünən Sadıqov təcrübəli Eyyubovu “döyüşə atdı”. Onun meydana çıxması “Zirə”nin orta xəttinə hərəkətlilik gətirsə də, qol vəziyyətləri yaranmırdı. Çox keçmədən Sadıqov daha bir “silah”ını işə saldı. Bu dəfə Ruslan Qurbanov oyuna qoşuldu. Bununla belə, 78-ci dəqiqədə “Qəbələ” “Zirə”ni həyəcanlandırdı. Hacıağa Rövlanı kobudluqla dayandırdığına görə hakim cərimə zərbəsi təyin etdi. Cərimə meydançasına havalandırılan topa ordakı qarışıqlıqda zərbə vuran tapılmadı. Oyunun sonlarında hakim “Qəbələ”nin qapısına penalti təyin edə bilərdi. Ruslan Qurbanov sürətlə cərimə meydançasına daxil olub, komanda yoldaşlarına ötürmə edərkən onun qarşısını kəsməyə çalışan Qoxa yerə yıxılarkən əliylə kəsdi. Amma hakimin fiti susdu. Oyuna əlavə edilən 4 dəqiqə Hacıağanın meydandan qovulmasından başqa heç nə ilə yadda qalmadı və 1:1 hesabı dəyişmədi.
AMAL

Gözdən qaçmadı
* Oyundan əvvəl Rəşad Sadıqova yaxınlaşan Elmar Baxşıyev ona əlini uzatdı. Gənc məşqçilər daha sonra koronavirusa meydan oxuyurmuş kimi qucaqlaşaraq bir-birinə uğur arzuladılar.
* Qəbələ şəhər stadionunun ot örtüyü əla vəziyyətdə idi. Bununla belə, güclü yağış meydana təsirsiz ötüşməmişdi. Müəyyən sahələrdə suyun yığılması futbolçulara ötürmələr zamanı mane olurdu. Meydanın xətləri də çətinliklə seçilirdi.
Reaksiyalar
Rəşad Sadıqov: “Hər iki komandanın futbolçularını təbrik edirəm. Beş ay uzun fasilədi. Bu qədər futbolsuz qaldıq. Komandalar meydanın hər qarışı uğrunda mübarizə apardı. İlk tur üçün dinamik və baxımlı oyun oldu. Beşaylıq fasilə yetərincə uzun müddətdi. Rəhbərliklə müqavilə imzalayanda hansısa məqsəd müzakirə etməmişik. Əsas odu ki, yaxşı komanda quraq, düzgün futbol oynayaq. Buna nə dərəcədə nail ola biləcəyimizi zaman göstərəcək. Əlbəttə, yaxşı oyunla nəticə də qazanmaq istəyirik. Hacıağa Hacılının meydandan qovulmasına gəlincə, ola bilsin, karyerasının sonuna qədər belə olacaq. Bu, onun döyüşkən xarakterindən xəbər verir. Mənim xoşuma gələn onun döyüşkənliyidi. Onu dəyişmək istəyirdim, bilirdim ki, sarı vərəqəsi var. Belə alındı. Ümid edirəm ki, gələcəkdə səhvlərini düzəldəcək. Dəyişikliklərlə hücumu gücləndirmək istədik, amma alınmadı. Futbolçularım sona qədər döyüşdü. Hücumun mərkəzində problemimizin olduğunu düşünmürəm, bu gün Ağabala da qol vurdu. O mövqedə çıxış edə biləcək 4 futbolçumuz var. Başqa imkanlar da ələ düşdü, yararlana bilmədik. Sonda 1 xalla kifayətlənməli olduq”.
Elmar Baxşıyev: “Uzun müddətdən sonra futbolun qayıtması həm bizi, həm də sizi sevindirir. Əlbəttə, asan olmayacağını bilirdik. Uzun müddət futbolsuz qalmışdıq. Hər məşqdə hiss edirik ki, futbolçular əvvəlki formalarına qayıdırlar. Çatışmazlıqlar olsa da, ümid edirik ki, vaxt keçdikcə daha güclü “Qəbələ” görəcəyik. İlk oyun həmişə çətin olur. Həm “Qəbələ”, həm də “Zirə” bu gün hücumameyilli futbol oynadı. Matçın ən ədalətli nəticəsi kimi heç-heçəni görürəm. Hər iki komandanın şansları var idi. İnanıram ki, getdikcə daha da komplektləşəcək, komanda kimi formalaşacaq və yaxşı oyun nümayiş etdirəcəyik. Rəhbərliyə də xahişimi çatdırmışam ki, güclənməyə ehtiyacımız var. Qarşıdakı günlərdə yeni oyunçuların gəlməsi gündəmdədi. Hələlik gedən futbolçuların yerini doldurmaq istəyirik. İvitsa Juniç getdi və onun yerinə Yurgen Qoxa gəldi. Klesio Bauk və Fernan Lopesin yerini doldura bilməmişik. Bu yöndə işlər davam edir. Nikolas Raysel çox keyfiyyətli futbolçudu. O, hücumameyilli zonaların hər birində oynamağı bacarır. Verilən tapşırıqları layiqincə yerinə yetirir. Bugünkü matçda rəqibə uyğun sxem seçmişdik və onun hücumun arxasında oynaması lazım idi”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR