Sizin reklam burada

“Neftçi” 24, “Keşlə” 22 futbolçu sifariş etdi

Baxış Sayı:288

“Neftçi” 24, “Keşlə” 22 futbolçu sifariş etdi
Avropa Liqasında mübarizəyə hazırlaşan “Neftçi” iştirak ərizəsini UEFA-ya təqdim edib. Füzuli Məmmədov Şimali Makedoniya təmsilçisi “Şkupi” ilə oyun üçün 24 futbolçu sifariş edib. Onlardan 3-ü qapıçı, 7-si müdafiəçi, 12-si yarımmüdafiəçi, 2-si hücumçudu: qapıçılar - 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 30. Aqil Məmmədov; müdafiəçilər - 2. Cabir Əmirli, 3. Mamadu Mboc, 4. Rener Alves de Souza, 5. Anton Krivotsyuk, 6. Voislav Stankoviç, 26. Ömər Buludov, 91. Tallison Dias; yarımmüdafiəçilər - 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov, 10. Saman Nərimancahan, 19. Fəhmin Muradbəyli, 24. Yusuf Laval, 27. Fərid Yusifli, 28. Stiven Jozef-Monroz, 29. Sabir Buqrin, 36. Mamadu Kane, 37. Vüsal Əsgərov, 45. Əli Mürsəlov, 80. İsmayıl Zülfüqarlı; hücumçular - 22. Mirabdulla Abbasov, 55. İbrahim Əliyev.
"Şkupi"nin Bakıya gələcəyi vaxtı bəllidi. Şimali makedoniyalılar ölkəmizə sabah təşrif buyuracaqlar. Klubla birgə jurnalist gəlməyəcək. "Neftçi"nin mətbuat katibi Rüstəm Allahverdiydən aldığımız bilgiyə görə, onlara Şimali Makedoniyadan hansısa jurnalist müraciət etməyib.
"Şkupi" Bakıya qələbə ilə gəlir. "Neftçi"nin rəqibi ölkə çempionatının 3-cü turunda "Belasitsa"ya 2:0 hesabı ilə qalib gəlib. Qarşılaşmandan sonra baş məşqçisi Muarrem Bayrami yerli mətbuata açıqlama verib: "Hər şeydən öncə futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Qeyd etmək istəyirəm ki, səfərdə keçirilən heç bir oyun asan ola bilməz. Son dəqiqələrdə vurulan qollarla qazandığımız 3 xala görə məmnunuq. Artıq bütün diqqətimiz "Neftçi"ilə görüşə yönəlib. Bu gündən Bakıda baş tutacaq oyunun hazırlığına başlayırıq".
Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Laçi”ni qəbul edəcək “Keşlə” də iştirak ərzəsini UEFA-ya göndərib. Paytaxt təmsilçisi 22 futbolçu sifariş edib. Yunis Hüseynov 3 qapıçı, 8 müdafiəçi, 9 yarımmüdafiəçi və 2 hücumçuya güvənib: qapıçılar - Kamal Bayramov, Stanislav Namaşko, Əkbər Vəliyev; müdafiəçilər - Tural Axundov, Şəhriyar Əliyev, Ruslan Əmircanov, Miyuşko Boyoviç, Tərlan Quliyev, Azər Salahlı, İlkin Qırtımov, Artur Batista de Souza; yarımmüdafiəçilər - Rəhman Hacıyev, Cavid İmamverdiyev, Vüsal İsgəndərli, Con Kamara, Dmitri Klyost, Rafael Məhərrəmli, Şahrux Qadoyev, Turan Vəlizadə, Seymur Əsədov; hücumçular - Aleksandr Kristovao, Silvio Junior.
“Keşlə”nin rəqibi ölkəmizə sabah səhər saatlarında təşrif buyuracaq. Şimali Makedoniyadan bu oyunu işıqlandırmaq üçün də jurnalist gələməyəcək.
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR