Sizin reklam burada

Renat Dadaşov “Qrasshoppers”ə icarəyə verildi

Baxış Sayı:310


Estoniya çemponatında 18-ci turun oyunları keçirilib. Nurlan Novruzovun formasını geydiyi “Narva Trans” səfərdə “Levadiya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlub ayrılıb - 0:3. Start heyətində meydana çıxan Nurlan 74-cü dəqiqədə əvəzlənib. “Narva Trans” 10 komandalı çempionatda 19 xalla 6-cı pillədə qərarlaşıb.
Ukrayna premyer-liqasında 2020/21 mövsümünə start verilib. Pavel Paşayevin şərəfini qoruduğu “Aleksandriya” doğma meydanda “Mariupol”a 4:1 hesabı ilə qalib gəlib. Pavel oyunu əvəzlənmədən keçirib və 18-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
Latviya kubokunda 1/32 finalın oyunları keçirilib. Vüqar Əsgərovlu “Super Nova” da “Salaspils”lə qarşılaşıb. Matçın əsas vaxtında qalib müəyyənləşməyib – 1:1. Əlavə vaxtda qapılara daha üç qol vurulub. 3:2 hesabıyla qələbə qazanan “Super Nova” 1/16 finala yüksəlib. Vüqarın adı oyunun iştirak ərizəsinə salınmayıb.
Çexiyanın 2-ci divizionunda 2020/21 mövsümünə start verilib. Fərid Nəbiyevin “Viktoriya”sı səfərdə “Mas Taborsko”ya qalib gəlib - 3:1. Fərid 46-cı dəqiqədə meydana çıxıb.
Rüfət Dadaşov ABŞ-da növbəti qolunu vurub. "Finiks Rayzinq"də çıxış edən 29 yaşlı hücumçu USL çempionatında "Las Veqas Layts"la görüşdə (3:3) fərqlənib. Yığmamızın üzvü 5-ci dəqidəə hesabı açıb, 66-cı dəqiqədə isə məhsuldar ötürmə müəllifi olub. Bu, Dadaşovun yeni mövsümdə 6-cı qoludu. "Finiks Rayzinq" yer aldığı B qrupunda 9 turdan sonra 20 xalla liderdi.
Müqavilə ilə İngiltərənin "Vulverhempton" klubuna məxsus olan Renat Dadaşov növbəti mövsümü İsveçrədə keçirəcək. 21 yaşlı futbolçu “Qrasshoppers”də oynayacaq. Renatla yanaşı, "Vulverhempton"un yarımmüdafiəçisi Konnor Ronan da Sürix təmsilçisinə cari mövsümün sonunadək icarəyə verilib. Yığmamızın üzvü ötən mövsüm Portuqaliyanın "Pakuş Ferreyra" klubunda icarə əsasında çıxış edib.
“Qrasshoppers” 27 dəfə İsveçrə çempionu olmaqla yanaşı, ölkə kubokunun 19 qat qalibidi. Komanda son mövsüm birinci divizionda üçüncü yeri tutaraq elitaya yüksələ bilməyib.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR