Sizin reklam burada

“Turan Tovuz”un bazası oktyabrda hazır olacaq

Baxış Sayı:464


On gün öncə məşqə başlayan komanda istirahətə buraxılıb
Ölkədə açıq havada idman yarışlarının keçirilməsinə icazə verildikdən sonra premyer-liqa təmsilçiləri ilə yanaşı, 1-ci divizion klubları da məşqləri bərpa etdi. Divizonun nə vaxt bərpa olunacağı bilinməsə də, komandalar yeni mövsümün hazırlığına start verib, heyəti formalaşdırır. Bu klublardan biri də “Turan Tovuz”du.
Komandanın hazırlığı, heyətdəki yeniliklər, həmçinin bazada görülən işlər ilə bağlı klubun icraçi direktoru Nadir Nəbiyevlə danışdıq: “Komanda tovuzlu uşaqlarla birlikdə təxminən 10 gün əvvəl məşqə başlamışdı, artıq istirahətə buraxılıblar. Bir neçə günlük istirahətdən sonra məşqləri bərpa edəcəyik. Yəqin avqustun 25-26-da qaldığımız yerdən davam edəcəyik. Komandadan ayrılan futbolçular var, limitlə bağlı bu addımı atdıq. Artıq yeni mövsümdən 2000-01 təvəllüdlü 7 futbolçu heyətdə olmalıdı. Ona görə də baş məşqçi məcburən bəzi futbolçulara yeni klub tapmaları ilə bağlı göstəriş verdi. Bu, məcburiyyətdən atılan addım idi. Yerli futbolçu axtarışımız davam edir”.
Nəbiyev bazanın oktyabra hazır olacağını bildirdi: “Bazada tamamlanma işləri gedir. Görüləcək böyük işlər qalmayıb. Süni örtüklər döşənməlidi. Əlavə bir neçə xırda iş də qalıb ki, onlar da tamamlanmaq üzrədi. Yəqin ki, yaxın bir ayda bütün işlər yekunlaşacaq. Bazanın oktyabra tam şəkildə hazır olması planlaşdırılır”.
AYGÜL

Oxşar xəbərlər
SON XƏBƏRLƏR