Sizin reklam burada

Zekiç “Qarabağ”ı “qat-qat üstün komanda” adlandırdı

Baxış Sayı:357


“Moldova çempionatını təmsil edirik, bizə heç kim hörmət etmir”
“Şerif” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində çətinliklə də olsa, “Fola” səddini keçib növbəti mərhələdə “Qarabağ”a rəqib oldu. Püşkatmanın nəticələrinə görə oyun avqustun 26-da Bakıda keçiriləcək. Bu, Tiraspol təmsilçisinin ölkəmizə üçüncü səfəri olacaq.
Bunaqədərki iki dueldən başıaşağı ayrılan moldavanların qisas hissi ilə alışıb-yandığı sirr deyil. Əvvəlki səfərlərdə “Şerif”in başında italyan Roberto Bordinlə xorvat Qoran Sabliç idisə, bu dəfə Moldova çempionu paytaxtımıza Zoran Zekiçin rəhbərliyi altında təşrif buyuracaq.
19 illik futbolçu karyerasında 19 dəfə klub dəyişən xorvat çalışdırıcı “Fola” üzərindəki qələbədən sonra klubun rəsmi televiziyasına açıqlamasında Lüksemburq çempionuyla qarşılaşma ilə yanaşı, “Qarabağ” haqda da danışıb: "Ona görə çətin qələbə alındı ki, bu, Çempionlar Liqasıdı, burda zəif komanda olmur. Matçdan əvvəl də demişdim ki, rəqibimizə hörmət edirik. Moldova çempionatını təmsil edirik, bizə heç kim hörmət etmir. Gərək özümüz bu hörməti qazanaq. Növbəti rəqibimiz "Qarabağ"dı. Bilirik ki, bu rəqibə qarşı daha yaxşı oynamalıyıq - həm müdafiə, həm də hücum xəttində. Bunu futbolçularımı qələbə münasibətilə təbrik edərkən diqqətlərinə çatdırdım. Yenə mərhələ keçmək istəyiriksə, bunu etməliyik. İndi mənim üçün vacib olan Bakıdakı qarşılaşmaya köklənməkdi. Ümid edirəm və inanıram ki, həmin görüşdə daha yaxşı səviyyədə olacağıq. Belə də olmalıyıq, çünki "Qarabağ" "Fola"dan qat-qat üstün komandadı. Allah eləsin, orda da meydanı qalib tərk edək. Sadəcə, indi elə vəziyyətdi ki, bilmirsən, sabah nəyi gözləyəsən. Hazırkı turnridə mərhələ bir matçdan ibarətdi, gərək əvvəlkindən daha yaxşı oynayasan ki, rəqibini keçəsən. Əlbəttə, oyunun təhlili nəticəsində futbolçulara səhvləri göstərməli, onlar üzərində işləməlisən. Bizim isə "Qarabağ"la qarşıdan gələn matça çox ciddi hazırlaşmağa çox az vaxtımız var".
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR