Sizin reklam burada

“Sabah” formalarını təqdim etdi

Baxış Sayı:381


Akademiyada və əvəzedici heyətdə dəyişikliklər olacaq
“Sabah” 2020/21 mövsümü üçün ev və səfər formalarını təqdim edib. “Nike” şirkətinin istehsalı olan formalar göy və ağ rəngdədi. Komanda növbəti mövsümdə ev oyunlarında göy, səfər oyunlarında isə ağ rəngli formalardan istifadə edəcək. Yeni formaların təqdimatında kapitan Ruslan Abışov, Bəhlul Mustafazadə, Kevin Kubemba və Ramil Şeydayev yer alıb.
Mətbuatda yer alan xəbərlərə inansaq, “Sabah”ın akademiyasında və əvəzedicilərdən ibarət komandasında bir sıra dəyişikliklər və təyinatlar olub. Paytaxt təmsilçisinin ikinci komandasında baş məşqçi dəyişikliyi baş verib. Rövşən Babayev “Sabah-2”dəki postundan göndərilib. Komandanın yeni baş məşqçisi İlqar Mənsimov olacaq. Onun köməkçisi də artıq məlumdu. Söhbət yığmanın sabiq üzvü Saşa Yunisoğludan gedir. Rövşən Babayev də işsiz qalmayıb. Təcrübəli mütəxəssisə komandada yeni vəzifə verilib. O, bundan sonra akademiyada seleksiyaçı-məşqçi kimi çalışacaq.
Təyinatların və dəyişiklərinin olub-olmadığını dəqiqləşdirmək üçün klubla əlaqə saxladıq. “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov yeniliklər olacağını etiraf etsə də, indiki halda rəsmi heç nə olmadığını söylədi: “Akademiyada və əvəzedici komandada müəyyən dəyişikliklər gözlənilir. Amma ortada rəsmi heç nə olmadan dəqiq nəsə demək mümkün deyil. Akademiyada, əvəzedicilərdən ibarət komandada təyinatlar gələn həftə dəqiqləşək. Ancaq hələ ki rəsmi heç nə yoxdu. Qarşıdakı günlərdə bununla bağlı məlumat veriləcək”.
Qeyd edək ki, Rövşən Babayevin çalışdırdığı “Sabah-2” ötən mövsüm birinci divizionda 4-cü yeri tutub.
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR