Sizin reklam burada

Böyük şəhərin tək komandası – yox bir...

Baxış Sayı:490


REPLİKA
Sərlövhədəki üç nöqtənin yerinə istənilən sözü əlavə edə bilərsiz. Yaxşı və ya pis, fərq etməz, bunu sizin öhdənizə buraxıram. Amma hansısa sözü yazmamış bir daha götür-qoy edin: avrokuboklara qatılmağı 28 il gözləyən, zəlzələdən, ya vəlvələdən hədəfinə çatan böyük şəhər tək klubuna haqq etdiyi münasibəti, sevgini, dəstəyi göstərirmi?
Srağagün şəxsi işlə bağlı yolum Sumqayıta düşmüşdü. Getmişkən gündən-günə gözəlləşən böyük şəhərin küçələrində gəzməyi də lazım bildim. Təbii ki, əsas hədəfim burda “Sumqayıt”ın avrokuboklarda debüt edəcəyini xatırladan hansısa əlamət, nişanə, rəmz görmək idi. Bilbord, plakat, banner, əşi, nə bilim nə... Yox, bu böyük şəhərin tək və sevilən komandasının olduğuna, həmin komandanın cəmi 5 gün sonra Avroliqada debüt edəcəyinə dair heç nə görmədim. Belə başa düşdüm ki, avrokuboklarda debüt klub strukturunda təmsil olunan məhdud sayda adamdan və Sumqayıt futbolunun gerçək fanatlarından başqa heç kimə lazım deyil. Əlbəttə, ilk növbədə şəhər rəhbərliyini, daha sonra bu kluba dəstək verən, sponsorluq edən şirkətləri, şəhərdə fəaliyyət göstərən gənclər təşkilatlarını, idman qurumlarını nəzərdə tuturam.
Azarkeşlərin stadiona buraxılmaması dünyanın sonu deyil! Ayxan Abbasovu və yetirmələrini böyük şəhərin tək komandanın arxasında durduğuna inandırmaq üçün o qədər iş görmək, o qədər təşəbbüs irəli sürmək olar ki, “Şkendiya” şoka düşər. Amma bu gün şəhər futbol təəssübkeşliyi adına heç nə etmir. Sadəcə, “Sumqayıt”ı, prosesləri öz axarına buraxıblar. Necə deyərlər, tutar qatıq, tutmaz ayran. Böyük şəhərin tək komandası – yox bir...
HUŞƏNG

Oxşar xəbərlər
SON XƏBƏRLƏR