Sizin reklam burada

UEFA Xudiyevin təyinatını niyə ləğv edib?

Baxış Sayı:542

UEFA Xudiyevin təyinatını niyə ləğv edib?
“Əlaqə saxlayıb dedilər ki, növbəti dəfə nəzərə alacaqlar”
Asim Xusiyev Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində dünən Tiflisdə keçirilən “Dinamo” (Gürcüstan) – “Tirana” (Albaniya) oyununa hakim-inspektor kimi təyinat almışdı. Amma koronavirus pandemiyası ilə bağlı birbaşa və uyğun tranzit təyyarə reyslərinin olmaması səbəbindən beynəlxalq dərəcəli hakim-inspektorun təyinatı UEFA tərəfindən ləğv olunub. Görəsən, UEFA bu məsələni əvvəlcədən diqqətdə saxlaya bilməzdi? AFFA məsələnin həlli istiqamətində hansısa addım atıbmı? Asim Xudiyevin cavabı belə oldu: “Məsələ burasındadı ki, UEFA avqustun 31-nə kimi sərhədlərin bağlı olduğunu nəzərə almayıb. Yəni hazırda ölkəmizlə Gürcüstan arasında birbaşa gediş-gəliş yoxdu. Biz təklif etdik ki, sərhədi keçmək üçün üçüncü ölkədən istifadə edək. O da alınmadı. Çünki Gürcüstandan həmin ölkələrə hazırda təyyarə ilə gediş-gəliş mümkün deyil. Bu səbəbdən də təyinat ləğv edildi. UEFA-dan əlaqə saxlayıb dedilər ki, növbəti dəfə nəzərə alacaqlar”.
İLKİN SULTANLI

Oxşar xəbərlər
SON XƏBƏRLƏR