Sizin reklam burada

“Keşlə” müdafiəçi transfer etdi

Baxış Sayı:604


“Keşlə” növbəti transferini reallaşdırıb. Paytaxt klubu braziliyalı müdafiəçi Artur Batista de Souzanı heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı futbolçu ilə mövsümün sonuna kimi müqavilə bağlanıb. Son iki mövsümü Ukrayna “Vorskla”sında keçirən Batista 29 oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb.
"Hazırkı məqamda komandanın vəziyyətini görmək görmək üçün belə bir yoxlama oyununun keçirilməsi vacib idi. Bu, ilk görüşümüz olduğuna görə də tələsik nəticə çıxarmaq olmaz. Hər şeyin vaxtı var. Amma açığı, futbolçulardan daha artığını gözləyirdim" – bu sözlər "Laçi"nin baş məşqçisi Armando Kunquya məxsusdu. Mütəxəssis "Apoloniya" ilə yoxlama matçından (1:0) sonra yerli "Panorama" nəşrinə açıqlamasında belə deyib.
Avropa Liqasının 1-ci təsnifat mərhələsində Bakıda qarşılaşacaqları "Keşlə" ilə oyuna da toxunan Kunqu komandasından daha çox şey gözləyir: "Təsnifat mərhələsinin qarşılaşmalarını yaxşı bilirəm. Çünki bir neçə dəfə bu yarışın içində olaraq uğur qazanmışıq. Mərhələ adlamağın klubun imici və gəliri baxımından nə demək olduğunun fərqindəyəm. Buna görə də "Keşlə" ilə oyuna maksimum diqqət ayıracağıq".

Oxşar xəbərlər
SON XƏBƏRLƏR