Sizin reklam burada

Orucəli Durmuşovun əməliyyat xərcini AFFA üzərinə götürüb

Baxış Sayı:901


Sabiq futbolçu, hakim Orucəli Durmuşov bir neçə gün əvvəl əməliyyat olunub. Müxtəlif vaxtlarda AFFA-da məsul vəzifələrdə çalışan Orucəli Durmuşov gözündən əməliyyat keçirib. Dünən onunla əlaqə saxlayıb, sağlamlıq durumu ilə maraqlandıq: “Sağ gözüm bir az zəif görürdü, ona görə əmliyyat olundum. Əməliyyat yaxşı keçdi, həkimlər çox sağ olsunlar. Hər şey yüksək səviyyədə, çox yaxşı oldu. İndi çox şükür, yaxşı görürəm, rahat oxuyuram. Özüm bu barədə məlumat yaymadım, istəmədim deyim. Hərtərəfli yüksək səviyyədə oldu hər şey. İndi çox razıyam. Hər şey qaydasındadı”.
Durmuşovdan AFFA-nın əməliyyat üçün maddi yardım edib-etmədiyini də soruşduq. Onun sözlərinə görə, federasiya əməliyyat xərcini öz üzərinə götürüb: “AFFA-dan deyilib ki, kömək göstəriləcək. Əməliyyat pulunun ödəniləcəyi bildirilib. Düzdü, bütün xərcləri özüm ödəmişəm. Federasiya da bildirdi ki, əməliyyat pulunu ödəyəcək. İndi deyilib də, mən də gözləyirəm. Rövnəq Abdullayevin adına məktub yazdım. Bildirdim ki, vəziyyətim pisdi, əməliyyat olunmalıyam. Xahiş etdim ki, bu məsələdə mənə kömək göstərilsin. Ordan da cavab gəldi ki, nə xərc çıxsa, AFFA tərəfindən ödəniləcək”.
AYGÜL

Oxşar xəbərlər
SON XƏBƏRLƏR